Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:39

Azərbaycan Türkiyəyə nota verib


Azərbaycan Xarici İşlər Nazirliyi
Sentyabrın 25-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Türkiyənin Bakıdakı səfirliyinə nota təqdim olunub.

Bu barədə AzadlıqRadiosuna XİN mətbuat katibi Elxan Poluxov məlumat verib.

Onun sözlərinə görə, notada bir müddət öncə Türkiyənin NTV kanalının jurnalistlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Azərbaycan tərəfinin narahatlığı çatdırılıb.

Notada türk jurnalistlərinin Azərbaycanın işğal olunmuş bölgəsində separatçı rejiminin «Xarici İşlər Nazirliyi»ndə qeydiyyatdan keçməsinin Azərbaycanın kəskin etirazı ilə qarşılandığı bildirilib:

«Türk jurnalistlərinin bu hərəkətləri Azərbaycan tərəfində dərin təəssüf hissi doğurub».

Notada, həmçinin Azərbaycan tərəfi Türkiyə tərəfindən vəziyyətə aydınlıq gətirilməsini və sözügedən qeydiyyatı ləğv etmək istiqamətdə müvafiq tədbirlərin görülməsini xahiş edib.
XS
SM
MD
LG