Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:05

İranda yenidən ana dili tələbləri


İran azərbaycanlılarının etiraz aksiyaları bir çox iri şəhərlərdə keçirilib
Sentyabrın 23-dən başlayaraq İranın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilir. İran azərbaycanlılarının paytaxtı Tehran da daxil olmaqla Təbriz, Urimiya, Zəncan, Xoy, Mərənd və bir sıra şəhərlərdə baş tutan aksiyalar ana dilində təhsil tələbi irəli sürülüb.

İrandakı qaynaqların verdiyi xəbərə görə, sentyabrın 23-də ölkədə tədris ili başlayıb. Dərs ilinin ilk günündən başlayaraq bir həftə boyunca İran azərbaycanlıları küçə və xiyabanlarda «Yaşasın Azərbaycan!», «Yaşasın ana dilim!» şüarları səsləndiriblər. Aksiyalar zamanı polislə vətəndaşlar arasında toqquşmalar olub.

İranda hər il yeni dərs ili başlayanda oxşar aksiyalar keçirilir. Bu ölkədə azərbaycanlılar ən böyük etnik qrup olmalarına baxmayaraq onlara ana dillərində təhsil almaq hüquqları verilmir. Baxmayaraq ki, İran konstitusiyası hər millətin öz dilində təhsil almaq hüququnu təsbit edir.

Beynəlxalq hüquq müdafiə təşkilatları İranın bu siyasətini pisləyir və ana dili tələbinə görə həbs edilən fəalları vicdan məhbusu sayır, rəsmi Tehranı onları azad etməyə çağırır.
XS
SM
MD
LG