Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:58

Tacikbaşının varisi


SÜRƏTLİ YÜKSƏLİŞ

Sentyabrın 30-da Tacikistan prezidenti Emomali Rahmon öz qızı Ozodanı xarici işlər nazirinin müavini vəzifəsinə təyin etdi. Düz bir il əvvəl isə o, nazirliyin konsulluq şöbəsinin rəhbəri vəzifəsini almışdı.

32 yaşlı Ozoda prezidentin 9 övladından ikincisidir. O, Tacikistanda beynəlxalq münasibətlər fakültəsini bitirib. Amerikada Corctaun Universitetində oxuyub. İngiliscə sərbəst danışır, ruscanı da bilir. Əri maliyyə nazirinin müavinidir.

İSLAHATÇI İMİCİ

Tacikistanda Xarici İşlər Nazirliyinin Konssulluq şöbəsi uzun müddət ən çox korrupsiyaya bulaşmış dövlət orqanlarından sayılıb. Ozada Emomali konsulluq şöbəsinə rəhbər gələndən sonra xarici işlər nazirliyinin təşəbbüsü ilə parlament bir sıra qanunlara düzəliş edib, vizaların verilməsi müddəti, viza üçün tələb olunan sənədlərin siyahısı və sair məsələlərə konkretlik gətirib.

Emomali Rahmon öz hökumətinin üzvləri ilə yoldan ötənlərə "baxır".

"Konsulluq şöbəsində korrupsiya haqqında nə deyərdiniz? Cəmiyyətdə hələ də bu haqda şayiələr gəzir...” Bu ilin aprelində Tacikistanin Asia-plus nformasiya Agentliyinə verdiyi müsahibədə Ozoda Emomali belə bir suala da cavab verməli olub.

“Bu şəxsən mənim üçün ən ağrılı məsələlərdəndir. Bəli, mən bilirəm ki, korrupsiyanın kökünü kəsmək istiqamətində gördüyümüz bütün tədbirlərə baxmayaraq hələ də belə şayiələr dolaşmaqdadır. Konsulluq şöbəsində guya mövcud olan “stavkalar” haqda danışırlar. Məncə, bu, yalnız vasitəçiliklə məşğul olan müəyyən adamlarə sərf edir, onlar qəsdən belə şayiələrə rəvac verirlər. Qoy hər bir kəs özü, cəmiyyət və Allah-taala qarşısında öz cavabdehlik payını daşısın”.

MUĞAM HƏVƏSKARI

Ozoda Emomali bu ilin aprelində Tacikistanin Asia-plus İnformasiya Agentliyinə verdiyi müsahibədə şəxsi həyatı haqda suala çox qısa olaraq belə cavab verib. “Hər kəs kimi mənim də hobbilərim var. Tacik şair və yazıçılarının əsərlərini oxumağı sevirəm. Klassik əsəbiyyatı sevirəm. Özümün yetərincə böyük kitabxanamla lovğalana bilərəm. Bəlkə də inanmazsınız, amma şaşmakoma (özbək və tacik musiqisində muğam sistemi – R.Q.) qulaq asmağı xoşlayıram. Milli geyim və xörəklərə üstünlük verirəm”.

OZODANIN “SİYASİ RƏQİBİ”

Ozada Rahmon Tacikistan prezidentinin adı gələcək varis kimi hallandırılan yeganə övladı deyil. Emamoli Rahmonun böyük oğlu - 23 yaşlı oğlu Rüstəm də vəzifə sahibidir. Rüstəm Pahmon Gənclər, İdman və Turizm Komitəsində sədr müavinidir (keçmiş komsomol qurumu əsasında yaradılıb). Bu, prezidentliyə namizəd irəli sürmək səlahiyyəti olan ictimai təşkilatlardan biridir.

O, Tacikistanda beynəlxalq iqtisadiyyat fakültəsini bitirib, Moskvada öz ixtisası üzrə kurslarda iştirak edib. Amma bacısı Ozodadan fərqli olaraq ana dilini yaxşı bilmir.

Rustam Rahmon

Rüstəm həm də Tacikistanin “İstiqlal” klubunun sponsorlarından və ən yaxşı futbolçularından biridir. (Amma bəziləri zarafatla deyir ki, prezident oğlunun ən yaxşı futbolçu olmasına nə var ki. Hamı ondan top almağa qorxur). Deyilənə görə, ölkənin internet provayderi – “Saturn-on-line” Rüstəmə məxsusdur. O həm də idman maşınları yığır. Yüksək sürətlə maşın sürməyi xoşlayır. 2009-cu ildə ölkənin ən böyük yeyinti sənayesi müəssisələrindən birinin rəhbərinin qızı ilə evlənib.

YAVAŞ-YAVAŞ ZİRVƏYƏ DOĞRU

Azadlıq Radiosunun tacik və özbək xidmətlərinin rəhbəri Socida Caxfarova ehtimal edir ki, prezident Emomali Rahmon öz övladlarını böyük siyasətə tədricən və çox diqqəti cəlb etmədən gətirmək istəyir. Prezident onlardan ictimai fiqurlar düzəltməyə çalışır.

Politoloq Rüstəm Samiyev hesab edir ki, prezidentin öz övladlarına vəzifə verməsi onun öz sülasəninin uzun illər hakimiyyətdə qalması istəyindən xəbər verir. Konstitusiya dəyişikliklərinə görə, prezidentlik müddəti 7 ildir və Emomali Rahmonun hələ 2020-ci ilə qədər hakimiyyətdə qalmaq şansı var. Prezidentlik yaşı isə 35-dir.

PREZİDENT KLANININ “ŞAXƏLƏRİ”

Tacikistanda iqtisadiyyatına bütün gəlirli sahələri prezident birbaşa ya dolayısı Rahmonun klanına məxsusdur.

Emomali Rahmonun beş qızı artıq ərə gedib. Firuza, Ozoda, Ruxşona, Taxmina və Parvina. Zarrina və Farzona subaydır. Prezidentin kürəkənləri dövlət vəzifələri tuturlar.

Ozodanın ərinin maliyyə nazirnin müavini olmasından, Rüstəmin bizneslə məşğul olmasından başqa Firuzanın əri tacik birjasına rəhbərlik edir.

Ruxşonanın həyat yoldaşı Amerikada Tacikitsanı Beynəlxalq Valyuta Fondunda təmsil edir. Taxminanı prezidentin ən sevimli qızı adlandırırlar. Məlumatlara görə, pambıq zavodu, “Sofina” telekanalı, şampan zavodu və sair ona məxsusdur.

Prezidentin beşinci qızı Parvina isə Dövlət Əmlak Komitəsi sədrinin oğlu ilə ailə qurub.

XS
SM
MD
LG