Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:48

Azərbaycan protokolları etirazla qarşılayır


Protokolların imzalanması mərasimi
Protokolların imzalanması mərasimi

Azərbaycanın Xarici İşlər Nazirliyi İsveçrənin Sürix səhərində Türkiyə və Ermənistan arasında imzalanmış protokollarla bağlı bəyanat verib.

Bəyanatda deyilir: «Məsələ ilə bağlı Azərbaycan tərəfinin mövqeyi birmənalıdır. Türkiyə 1993-cü ildə Ermənistanla sərhədlərini Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına və Azərbaycana qarşı həyata keçirilən təcavüzə etiraz əlaməti olaraq bağlayıb. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi isğal olunub, etnik təmizlənməyə məruz qalmış 1 milyona yaxın Azərbaycan vətəndaşları öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düsüb və işğal olunmus ərazilərdə Azərbaycanın tarixi-mədəni irsi məhv edilib.

Bu müddət ərzində BMT-nin Təhlükəsizlik Şurası və Bas Assambleyası, ATƏT, AŞPA, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təskilatlar tərəfindən qəbul edilmiş Ermənistanın təcavüzkar siyasətini pisləyən, Ermənistan qoşunlarının isğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını tələb edən çoxsaylı qətnamələrə və sənədlərə Ermənistan məhəl qoymayıb və bu təcavüzün nəticələrinin aradan qaldırılması istiqamətində heç bir irəliləyiş əldə olunmayib.

Azərbaycan tərəfi məsələ ilə bağlı Türkiyə Respublikasının yüksək rəsmilərinin, həmçinin Bas nazir cənab Rəcəb Tayyib Ərdoğanın çoxsaylı açıqlamalarına, xüsusilə də onun 14 may 2009-cu il tarixində Azərbaycan Respublikasi Milli Məclisində «Türkiyə Ermənistanla sərhədləri Azərbaycan torpaqları Ermənistan tərəfindən isğal edildikdən sonra bağlayıb. Bu işğal ortadan qalxandan sonra sərhədlər açıla bilər. Biz azərbaycanlı qardaşlarımız razı qalmadığı müddətdə bu nöqtədən irəli bir addım atmarıq. Bunlar bir-biri ilə bağlıdır, ayrı salına bilməz», habelə 17 sentyabr 2009-cu il tarixində Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə iftar süfrəsində «Azərbaycan-Ermənistan arasındakı sıxıntılar aşılmadığı müddətdə biz qapıları aça bilmərik…Bu problemi həll etmədən bizim o addimi atmağımız mümkün deyil» kimi səsləndirdiyi fikirlərə əsaslanır.

Dəfələrlə qeyd etdiyimiz kimi hər bir dövlətin digər dövlətlərlə münasibətlərini müəyyənləşdirməsi prinsip etibarilə onun suveren hüququdur. Lakin Ermənistan qoşunları Azərbaycanın işğal olunmus torpaqlarından çıxarılmayana qədər Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırması Azərbaycanın milli maraqları ilə birbaşa ziddiyyət təşkil edir və Azərbaycan ilə Türkiyə arasında tarixi köklərə söykənən qardaşlıq münasibətlərinin ruhuna kölgə salır. Regionda bütün sərhədlərin və kommunikasiyaların açılmasının vacibliyini nəzərə alaraq, Azərbaycan hesab edir ki, birtərəfli qaydada Türkiyə-Ermənistan sərhədlərinin açılması regional sülh və təhlükəsizlik arxitekturasını sual altına qoyacaq».

XS
SM
MD
LG