Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:23

Ermənistan prezidenti Türkiyəylə münasibətlərə görə Rusiyaya təşəkkür edir


Rusiya Prezidenti Dmitri Medvedev və Ermənistan Prezidenti Serj Sarkisyanç 12 oktyabr 2009-cu il, Qorki şəhəri
Rusiya Prezidenti Dmitri Medvedev və Ermənistan Prezidenti Serj Sarkisyanç 12 oktyabr 2009-cu il, Qorki şəhəri
Ermənistan prezidenti Serj Sarkisyan Türkiyəylə mansibətlərin yaxınlaşmasına görə Rusiaya təşəkkür eləyib. Serj Sarkisyan oktyabrın 12-də, Moskva yaxınlığındakı Qorki şəhərində Rusiya Prezidenti Dmitri Medvedevlə görüşdə bildirib ki,

“Mən Rusiya rəhbərliyinə və şəxsən sizə Türkiyə Respublikasıyla münasibətlərimizin inkişafında göstərdiyiniz dəstəyə görə təşəkkür etmək istəyirəm. Oktyabrın 10-da Sürixdə-protkolların imzalandığı mərasimdə Rusiya Xarici İşlər Nazirinin də olması Rusiyanın Cənubi Qafqazın təhlükəsizliyinə göstərdiyi diqqətin başqa bir nümunəsiydi”.


S.Sarkisyan D.Medvedevin dəvətiylə oktyabrın 12-də Rusiyaya səfərə gəlib. Prezidentlərin görüşündə iqtisadi və hərbi-texniki əməkdaşlıq məsələləri və Dağlıq Qarabağ münaqişəsi də müzakirə ediləcək.

MÖVZUNU ŞƏRH ET
XS
SM
MD
LG