Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:09

Mayor Dımovski Putinlə görüş üçün Kremlə gedir


Aleksey Dımovski
Aleksey Dımovski
«Boğaza yığılmışam. Olmayan cinayət işlərini açmaq, kimisə günahsız yerə həbs etmək əmrini yerinə yetirmək - bütün bunlardan bezmişəm».

Rusiyanın Novorossiysk şəhərinin milis idarəsində çalışan mayor Aleksey Dımovski noyabrın 5-də «YouTube» video-paylaşma portalında ölkənin Baş naziri Vladimir Putinə müraciətini yayıb.



İki gün sonra isə Daxili İşlər naziri Rəşid Nurqaliyev araşdırma aparmaq göstərişi verib. Cəmi bir neçə saatdan sonra Nazirliyin sözçüsü elan edib ki, araşdırma başa çatıb, mayorun dedikləri yalan və iftiradır. 10 il milisdə işləmiş mayoru həmkarlarına iftira atmaq, milisə yaraşmayan hərəkətlər törətməkdə ittiham edərək işdən qovublar.

Dımovskinin Milis Günü yayılan bu müraciəti onsuz da Rusiya Daxili İşlər Nazirliyində son aylar davam edən çaxnaşmaya əlavə təkan verib.

Bu ilin aprelində bir sərxoş milis zabiti Moskvada bir supermarketdə üç nəfəri öldürüb, altı adamı yaralayandan sonra Rusiyada milisə ictimai diqqət artıb. Hadisədən dərhal sonra prezident Dmitri Medvedev Moskva milisinin rəhbərini işdən kənarlaşdırıb.

May ayında Ali Məhkəmənin sədri və Ədliyyə naziri bir hesabat yayaraq milisin ən çox korrupsiyalaşmış qurum olduğunu bildirdilər.

Vladimir Putin və Dmitri Medvedev Soçidə, 14 avqust 2009
Oktyabr ayında Buryatiyanın Daxili İşlər nazirini korrupsiya ittihamı ilə tutdular.

Təhlilçilər deyirlər ki, hazırda Kremldə Baş nazir Putinin keçmiş xüsusi xidmət veteranlarından ibarət «siloviki» adlanan qrupu ilə prezident Medvedevin texnokratları arasında hakimiyyət uğrunda mübarizə gedir.

«Agentura.ru» internet saytının redaktoru Andrey Soldatov hesab edir ki, milisdə baş verənlər də Kremldə Daxili İşlər Nazirliyi uğrunda mübarizənin əlamətləri ola bilər:

«Bu mayordan da həmin kampaniyada istifadə ediblər».

Noyabrın 9-da Krasnodarda mətbuat konfransı keçirən Dımovski izləndiyini, telefonunun dinləndiyini, ailəsinin təhlükəsizliyindən narahat olduğunu bildirib. Keçmiş mayor Moskvaya gedib video-müraciətində səsləndirdiyi ittihamlarla bağlı sənədləri şəxsən Baş nazir Vladimir Putinə vermək istədiyini bildirib. O, deyib ki, ittihamlarına sübut kimi 150 saatlıq videolenti var.

Yerli jurnalistlərin məlumatına görə, Moskvaya uçmaq istəyərkən yol milisi onu saxlayıb, təyyarəyə minməsinə imkan verməyib. Ona görə də Aleksey Dımovski Krasnodardan Moskvaya – Kremlə avtomobillə gedib.
XS
SM
MD
LG