Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:48

Bloqqerlərin həbsinin etirazlarına etiraz


Məlumatda deyilir: “Xarici islər nazirinin müavini Vaqif Sadiqovla keçirilmis görüslərin mövzusu Emin Abdullayev (Emin Milli – red.) və Adnan Hacizadə barəsində qaldirilmis cinayət isi üzrə Səbail Rayon Məhkəməsinin qəbul etdiyi qərarla bagli Norveçin Azərbaycandaki səfirliyinin 11 noyabr tarixli bəyanati və Almaniyanin Azərbaycandaki səfirliyinin 12 noyabr tarixli mətbuat üçün məlumati olub.

Nazir müavini V.Sadiqov xarici səfirliklərin sənədlərində əks olunmus fikirlərin Azərbaycan tərəfindən təəccüblə qarsilandigini və böyük təəssüf dogurdugunu diplomatlarin nəzərinə çatdirib. Bildirilib ki, məhkəmə prosesi Azərbaycan Respublikasinin qanunvericiliyinin tələblərinə uygun və prosessual qaydalara riayət edilərək keçirilib, o cümlədən məhkəmənin isinin səffafligi təmin edilib və onun mətbuat tərəfindən isiqlandirilmasi üçün bütün sərait yaradilib.

Səfirliklərin qeyd olunmus sənədlərində yer tapmis fikirlər tam əsassiz, ölkələrimiz arasindaki münasibətlərin səviyyəsinə uygun olmayan və onlarin inkisafina təsirə edə bilən, Azərbaycanin daxili islərinə qarismaq cəhdi və qəbulolunmaz kimi qiymətləndirilib.

Öz növbəsində hər iki diplomat görüslərdə qaldirilmis məsələyə dair Azərbaycan tərəfinin mövqeyini öz rəsmi qurumlarina çatdiracaqlarini bildiriblər”.

Noyabrin 11-də Səbail Rayon Məhkəməsi gənc fəallar Emin Millini 2 il 6 ay, Adnan Hacizadəni 2 il müddətinə azadliqdan məhrum edib. Gənclər bu il iyulun 8-də “Livan” restoraninda bas verən münaqisədə - xuliqanliq və qəsdən saglamliga az agir zərər vurmada təqsirli biliniblər. Onlar ittihamlari qəbul etmir və həbslərinin sifarisli oldugunu deyirlər.

Norveç və Almaniya səfirlikləri məhkəmə hökmünü qinayiblar.

MÖVZUYA MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ

XS
SM
MD
LG