Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:55

Azərbaycanlı əmək miqrantları sevinir



Bu ölkələrin xarici işlər nazirliklərinin aparddıqlarıı texniki hazırlıq işləri tamamlanmaq üzrədir.Türkiyə XİN-dən aldığımız bu məlumatları Bakıdakı fövqəladə və səlahiyyətli səfir Hülusi Kılıç da təsdiqlədi.


Türkiyə-Azərbaycan münasibətlərinin tarixinə nəzər salanda məlum olur ki, ölkələr arasında 1 ilə qədər səfərlər üçün vizasız gediş-gəlişin tətbiq olunmasına hələ 1993-cü ilin mayında hazırlıq başlayıb.

Ancaq Azərbaycandakı iqtidar dəyişikliyinədn sonra “Bir millətin iki dövlətinin” vətəndaşları viza əzabı çəkməli olublar. Əhalinin əziyyət çəkdiyi əsas məsələ-iki ölkədə icazəsiz yaşama müddətinin çox az olması idi.

Hər an küçədə polis yoxlaması və deportasiya edilmək təhlükəsini gözləyən bu adamlar daimi səksəkədə yaşamağa məhkum olmuşdular...



2.5 il əvvələ qədər sərhəddə 20 dollar verib viza alan Azərbaycan vətəndaşları Türkiyədə 2 ay qala bilirdilər.2007-ci il iyulun 30-da prezident A.Gülün xarici işlər nazirliyinin son günlərində Türkiyə Azərbaycan vətəndaşlarına vizanı ləğv etdi-ancaq yeni sazişə görə, sərhəddə sadəcə pasportuna möhür vurduran Azərbaycan vətəndaşlarının Türkiyədə icazəsiz yaşama haqqı 1 aya düşdü.Azərbaycan isə Türkiyəyə qarşı viza tətbiq etməkdə davam etdi.

İcazəsiz yaşama müddətinin 1 aya endirilməsi, hamıdan çox, öz sözləri ilə desək, “Türkiyədəki Azərbaycan hambalları”nın işini çətinləşdirdi. Belə ki, hər ay Türkiyədən çıxıb sonra geri qayıtmaq məcburiyyətində olan qara bazar müdavimlərinin cibində qala biləcək və ya Azərbaycana göndərməyi planlaşdırdığı pul rus təyyarələrinə getdi.

Türkiyədən çıxıb vaxtında qayıda bilməyən bir çox Azərbaycanlı əmək miqrantları buradakı işini itirdi. Hər ay Türkiyədən çıxmayanların vəziyyəti isə daha da çətinləşdi. Hər an küçədə polis yoxlaması və deportasiya edilmək təhlükəsini gözləyən bu adamlar daimi səksəkədə yaşamağa məhkum olmuşdular.

Aylarla burda qalandan sonra Azərbaycana getmək istəyənlərin ödədikləri rəsmi cəza isə o qədər çox idi ki, cəzalı vəziyyətə düşənlərin çoxu ciblərini polis idarəsinin kassasına boşaldıb vətənə qayıtmaq məcburiyyətində qalırdı.


Ona görə də indi Türkiyədə icazəsiz yaşama müddətinin 3 aya çıxarılması, hər kəsdən çox “Karqo və qul bazarlarının hambalları”nı sevindirir.”Azadlıq” radiosu bu məsələni ilk dəfə 2005-ci ilin dekabrında gündəliyə gətirəndə özünü “Karqo bazarının hambalı” kimi təqdim edən Famil Əlisoy Türkiyədə icazəsiz yaşama müddətinin 3 aya çıxarılmasına sevindiyini dedi.

Azərbaycan vətəndaşlarının Türkiyədə icazəsiz yaşama müddətini 3 aya qaldıran saziş ən çox kimə sərf edəcək?

İlk növbədə Naxçıvandan gələn vətəndaşlara. Çünki bu 15 illik mərhələdə ən çox iztirabı əhalisinin bir qismi Türkiyədə çörəkpulu qazanmaqla dolanan Naxçıvanlılar çəkdilər.

İndi ehtimal olunur ki, yeni gediş-gəliş qaydaları iş dalınca Türkiyəyə gələn Naxçıvanlıların sayını daha da artıra bilər.

XS
SM
MD
LG