Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:27

Həmsədrlər prezidentlərin görüşü barədə bəyanat veriblər


Minsk qrupu həmsədrlərinin mətbuat konfransı, Münhen, 22 noyabr 2009
Minsk qrupu həmsədrlərinin mətbuat konfransı, Münhen, 22 noyabr 2009
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın Münhen görüşü barədə bəyanat veriblər.

Bəyanatda deyilir ki, prezidentlərin dörd saat davam edən görüşü konstruktiv keçib və bəzi məsələlərlə bağlı tərəqqi əldə edilib. Həmsədrlər bildirirlər ki, eyni zamanda bəzi məsələlər hələ də açıq olaraq qalır.

Bəyanatda qeyd olunur ki, ümumilikdə prezidentlər görüşdə həmsədrlərinin təklifləri sırasında daha mühüm əhəmiyyət kəsb edən və hələ də razılığa gəlinməyən məsələləri təfsilatı ilə və dərindən müzakirə ediblər. Prezidentlər öz ölkələrinin xarici işlər nazirlərinə bəzi məsələlər üzərində işi davam etdirməyi tapşırıblar.

Həmsədrlər növbəti dəfə ATƏT Xarici İşlər Nazirləri Şurasının illik toplantısı çərçivəsində Afinada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edəcəklər.

İlham Əliyevlə Serj Sarkisyan noyabrın 22-də Almaniyanın Münhen şəhərində Fransa konsulluğunda görüşüblər. Bu görüş prezidentlərin bu il ərzində sayca altıncı görüşü olub.

Bəyanat ATƏT-in rəsmi saytında yerləşdirilib.
XS
SM
MD
LG