Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:28

Türkiyə İranın vəkili olmaq məcburiyyətindədirmi?


Prezident Mahmud Əhmədinejad baş nazir Rəcəb Tayyip Ərdoganı salamlayır. Tehran, 27 oktyabr 2009
Prezident Mahmud Əhmədinejad baş nazir Rəcəb Tayyip Ərdoganı salamlayır. Tehran, 27 oktyabr 2009
Mövzumuz - yenə də bizi məşğul edən və görünür, hələ uzun müddət məşğul edəcək olan İran məsələsidir. Yazıya İranla bağlı bəzi suallarla başlayıram:

"İranın nüvə proqramı problemini hələ də müzakirə yolu ilə həll etmək mümkndürmü?”
“Müzakirələr bitərsə, Qərb hansı mövqedə durmalıdır?”
“Müzakirələrin bitməsinə dair qərar nə vaxt qəbul ediləcək?”
“Rusiya və Çin-İrana qarşı ağırlaşdırılmış sanksiyalara razı salına bilərmi?”
“İranla bağlı çox önəmli qərarların qəbul edilə biləcəyi ehtimal edilən irəlidəki dönəmdə Atlantik okeanının iki sahili arasında bir anlaşmazlıq yaranması riski varmı?”

Çoxu Avropa və Şimalı Amerikadan gələn 300 diplomat, hökumət üzvü, idarəçi, hərbçi, alim və jurnalist keçən həftənin cümə günü Kanadanın Atlantik okeanı sahilində yerləşən Halifax şəhərində toplanaraq 3 gün bu suallarla bərabər, qlobal təhlükəsizliklə əlaqədar olan bir çox sualın cavabını axtardı.

İRANA NƏ EDƏK?

German Marshall Fund adlı Amerikan düşüncə qurumu ilə Kanada hökumətinin müştərək təşkil etdiyi “Halifax beynəlxalq təhlükəsizlik forumu”nda dünən İranla bağlı keçirilən iclasın mövzu başlığı “Nə edirik?” idi. Başqa heç bir kəlmələr yanaşı gələrək Qərb yarımkürəsindəki İranla bağlı beyin xaosunu bu qədər yaxşı xarakterizə edə bilməzdi.

İranla bağlı iclasın iki məruzəçisindən biri AKP Eskişehir millət vəkili Murat Mərcan idi. Mənə “İrana vəkillik etmək məcburiyyətindəyikmi? ”- dedizdirən də hörmətli millət vəkilinin çıxışı oldu. Mərcan nə İranı sanksiyalarla təcrid etməyin, nə də “atışmaçı” bir siyasətin nəticə verməyəcəyini deyəndən sonra, görülməsi vacib olan işin İranla müzakirə apararaq onu dünya sisteminə daha çox inteqrasiyaya razı salmaq olduğunu bildirdi. Əslində İranın istədiyi şey də-Mərcanın bəhs etdiyi kimi bir müzakirə formasıdır. Arxasında sanksiya gücü olmayan bir beynəlxalq ictimaiyyətlə uzun-uzadı müzakirə aparıb vaxt qazanmaq və o müddətdə nüvə silahı əldə etmək. İranın dünya sisteminə “normallaşaraq” inteqrasiya olmaq kimi bir marağı yoxdur ki?

İCLASIN APARACISI SƏBİR EDƏ BİLMƏYƏRƏK SORUŞDU…

Nəhayət, sədr Mərcana “Sizcə, İranın nüvə proqramı sülh məramlıdırmı?” - sualını verdi.

Murat Mərcan əvvəlcə bu suala qəti bir cavab vermək istəmədi. İclasın sədri təkid edəndə isə “Mən bitərəfəm” - dedi. Bir daha təkid edəndə “Məncə, İran nüvə silahı yaratmaqdan çox uzaqdır”- deyə cavab verdi. Beynəlxalq bir iclasda İranın nüvə proqramının sülh məramlı olmadığını könülsüz də olsa, demək üçün Murat Mərcanın niyə bu qədər zəhmət çəkdiyini anlaya bilmirəm. Murat Mərcan daha sonra İranın böyük dövlət təcrübəsinə və siyasi yönlü dinamik bir topluma malik olduğunu, ölkənin sanksiyalara müqavimət göstərəcəyinə eyham vuraraq bir neçə dəfə təkrarladı. Əlbəttə, onun bu fikrində müəyyən qədər haqlılıq vardır. Ancaq biz ümumilikdə bu sözləri İranın nüvə silahı istehsal etməsini müdafiə edənlərdən eşidirik. Elə isə Mərcan, Türk diplomatlarının hər yerdə dediyi bu 3 doğru fikri bir dəfə də altından xətt çəkərək təkrarlaya bilərdi:

1) Biz İranın nüvə silahı əldə etməsinin bölgədə böyük natarazlıqlar yaradacağının fərqindəyik.
2) Türkiyə hər fürsət düşəndə və hər səviyyədə İrana “Nüvə proqramının sülh məramlı olduğuna dünyanı razı salmasının lüzumlu olduğunu” deməkdədir.
3) İmzaladığı bütün beynəlxalq sazişlərə uyğun olaraq Türkiyə, həm hərbi, həm də mülki məqsədlə istifadə edilən materialın İranın əlinə keçməməsi üçün ciddi bir gömrük nəzarəti tətbiq etməkdədir.

Bunları demək - AKP-nin ən mülayim sözçülərindən biri üçün belə bu qədər çətindirmi?
XS
SM
MD
LG