Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:39

«Məhkəmənin qərarı dinə hörmətsizlikdir»


Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə
«Yeni Müsavat»: Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə «Fatimeyi-Zəhra» məscidinin sökülməsi ilə bağlı qərarı münasibətini bildirib. Şeyx qərardan dolayı təəccübünü gizlətməyib və bunu dinə, etiqada hörmətsizlik adlandırıb.

«Ayna»: «Mədəniyyət sahəsinə ayrılan vəsait qaneedicidir»

Milli Məclisin mədəniyyət məsələləri üzrə komitəsinin sədri Nizami Cəfərovun fikrincə, maliyyə böhranı mədəniyyət sahəsinə təsir göstərməyib.

«Bizim Yol»: «Müşfiq Hüseynov əfv olunmalıdır»

«Həbsdə olan jurnalist Müşfiq Hüseynovun həyatı təhlükədədir. Onun müalicəsi və qidalanması xəstəliyinə uyğun gəlmir» - jurnalistin həyat yoldaşı Arzu Hüseynov belə deyir.

«Bakı Xəbər»: Saxta «endirim kampaniyaları» Bakını bürüyüb

2009-cu il sona yaxınlaşdıqca ölkə paytaxtında qiymət endirim kampaniyalarının sayı artmaqdadır. Bununla belə, əksər «endirim kampaniyalarının» monitorinqi göstərir ki, bu kampaniyalar heç də paytaxtın ticarət obyektlərində qiymətlərin kəskin azalmasına səbəb olmayıb.

«Azadlıq»: «YAP özü deyir, özü eşidir…»

Lalə Şövkət: «Bu gün adi insanlara seçkidən danışanda seçki sözünün özü gülüş obyektinə çevrilir. Bu çox təhlükəli məsələdir».

«Yeni Azərbaycan»: «Partiyamızın bütün bələdiyyələr üzrə namizədləri mövcuddur»

YAP-ın icra katibi Əli Əhmədov: «Müxalifət partiyalarının bələdiyyə seçkilərində namizədlərinin sayının az olmasının günahını başqa strukturlarda axtarmaq lazım deyil».

«525-ci qəzet»: «Məişət zorakılığı bütün ailə üzvlərinə təsir göstərir»

İnsan Haqları üzrə Müvəkkil Elmira Süleymanova: «Ailə zorakılığından adətən yalnız qadının ciddi ziyan çəkməsi diqqəti cəlb edir. Halbuki bu, bir şəxsə yox, bütün ailə üzvlərinə təsir göstərir, valideynlərdən birinin və ya hər ikisinin narkomaniyaya və alkoqolizmə aludə olduğu ailələrdə uşaqlar daha çox əziyyət çəkir».

«Şərq»: Bakıda media ilə bağlı beynəlxalq konfrans keçirilməsi gözlənilir

Bakıda «MDB məkanı KİV-lərində etik prinsiplər: problemlər, tendensiyalar» mövzusunda beynəlxalq konfrans keçirilə bilər. Bu barədə Avstriyada səfərdə olan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

«Azərbaycan»: Baık-Şamaxı avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub

Noyabrın 26-da prezident İlham Əliyev yenidən qurulmuş Bakı-Şamaxı avtomobil yolunun açılışında iştirak edib.
XS
SM
MD
LG