Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:58

«GEN» MMC-nin məhkəməsi yenidən təxirə salınıb


«GEN» MMC-dən zərərçəkmiş şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti qarşısında etiraz aksiyası. 29 avqust 2008
«GEN» MMC-dən zərərçəkmiş şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti qarşısında etiraz aksiyası. 29 avqust 2008
«GEN» MMC tikinti şirkətinin işi ilə bağlı məhkəmə prosesi yenidən dekabrın 14-nə kimi təxirə salınıb. Səbəb təqsirləndirilənlərdən birinin – İlkin Səfərovun vəkilinin prosesdə iştirak etməməsidir.

Bu barədə AzadlıqRadiosuna məlumatı zərərçəkənlərin hüquqi nümayəndəsi Vidadi İsgəndərov verib. O bildirib ki, məhkəmənin təxirə salınmasının əslində səbəbi başqadır: «Nəyi isə bölə bilmirlər deyə, bir aydır bu məsələ yerindən tərpənmir».

V. İsgəndərov bildirib ki, zərərçəkənlər dekabrın 2-də Baş prokuror Zakir Qaralovla görüşmək üçün onun qəbuluna yazılıblar.

«GEN» MMC şirkətinin rəhbərliyi 300-dən çox vətəndaşın pulunu mənimsəməkdə ittiham olunur.

Şirkətin rəhbəri Elbrus Əliyev, eləcə də Əliyar Abbasov, Həbib Ağayev, Nəbi Məmmədov, Mehparə Cəfərzadə, Asif Ələmov, İlkin Səfərov, Ramil Əliyev və Kamran Əhmədov Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq – külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham olunurlar.

Cinayət işi üzrə 10 nəfər təqsirləndirilir, zərərçəkmiş kimi 373 nəfər tanınıb.
XS
SM
MD
LG