Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:57

Manşet mübahisəsi baş redaktorun istefasına səbəb oldu


«Sabah» qəzeti
«Sabah» qəzeti
Medyatava.com internet portalının xəbərinə görə, «Sabah» qəzetinin sahibi İsveçrənin minarə tikintisini qadağan etməsinə dair xəbəri manşetdən vermək üçün baş redaktor Erdal Şafaka təzyiq göstərib. Baş redaktor bu təklifə qarşı çıxaraq İsveçrənin minarə tikintisini qadağan etməsinə dair xəbəri manşetdən verməyib. Ancaq «Sabah»ın şəhər nəşrində minarəyə dair xəbərin manşetdən verildiyini görən baş redaktor Erdal Şafak vəzifəsindən istefa verib.

2008-ci ildə dövlət tərəfindən satışa çıxarılan «Sabah» qəzeti və ATV kanalını 48 yaşlı iş adamı Ahmet Çalık alıb. 90-cı illərin əvvəlində Aşqabada gedən Ahmet Çalık ölümünə qədər Türkmənistanın keçmiş dövlət başçısı Saparmurad Türkmənbaşının ən yaxın adamı olub. Uzun müddət Türkmənistanın Toxuculuq nazirinin müavini vəzifəsini də tutan Ahmet Çalık, ölkədəki hakimiyyət dəyişikliyindən sonra Türkiyəyə dönüb.

Ahmet Çalıkın 2008-ci ildə media sektoruna girməsi bir çox mübahisə doğulurb. Belə ki, Sabah-ATV media qrupunu 1 milyard 100 milyon dollara alan Çalıka özəl banklar kredit vermədiyi halda, dövlətin iki bankı ona media orqanları almaq üçün 750 milyon dollar kredit verib. Müxalifət və digər media qrupları Ahmet Çalıka bu qədər kreditin baş nazir Tayyib Ərdoğanın təlimatı ilə verildiyini iddia edib.

Sabah-ATV qrupunu alan Ahmet Çalık, Türkiyənin öz holdinqinin baş direktoru vəzifəsinə baş nazir Ərdoğanın kürəkənini gətirib.

6 avqustda Ankarada Rusiyanın baş naziri Vladimir Putinlə Tayyib Ərdoğan arasında imzalanan sazişlə Samsun-Ceyhan neft kəmərinin tikintisi Ahmet Çalıkın holdinqinə verilib.
XS
SM
MD
LG