Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:36

Şahzadənin Bakı səfərini bədxərclik sayırlar


Britaniya şahzadəsi Endryunu Bakıya nə gətirmişdi? Britaniya mətbuatı şahzadənin belə səfərlərindən sonra hər dəfə qaldırır. Son 3 ildə şahzadə Endryu və İlham Əliyev artıq 8-ci dəfədir görüşürlər


BRİTANİYA ŞAHZADƏSİ BAKIYA NİYƏ GƏLİR?

«Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 1-də Böyük Britaniyanın Yorq Hersoqu, şahzadə Endryunu qəbul edib. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdiyi vurğulandı, iqtisadi sahədə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu».


AzərTAc

Britaniya şahzadəsi Endryunu Bakıya nə gətirmişdi? Bu sualı artıq neçənci dəfədir ki, Britaniya mətbuatı verir.

Məsələ burasındadır ki, son 3 ildə şahzadə Endryu və İlham Əliyev artıq 8-ci dəfədir görüşürlər. Bir dəfə İsveçrədə Davos forumunda, bir dəfə Londonda, 5 dəfə isə Britaniya şahzadəsi özü Bakıya təşrif gətirəndə.

ŞAHZADƏ DİKTATORLARLA DOSTLUQ ETMƏYİ SEVİR

Britaniya mətbuatı iddia edir ki, görüşlərin səbəbi budur ki, «Şahzadə Endryu neftlə zəngin, rüşvətxor ölkələrin diktatorları ilə dostluq eləməyi xoşlayır».

Londonda nəşr edilən «Daily Mirror» və «İndependent» qəzetləri belə yazır. Özü də Yorq Hersoqunun təkcə Azərbaycan pezidenti İlham Əliyevlə yox, həm də Qazaxıstan rəsmiləri ilə yaxınlığını iddia edirlər.

ENDRYU QAZAXLARDAN RÜŞVƏT ALIB?

Şahzadənin qazax rəsmiləriylə yaxınlığı, hətta Qazaxıstanın bəzi layihələrini dəstəkləmək üçün Nazarbayev ailəsindən dolayısıyla 3 milyon funt-sterlinq rüşvət alması iddiaları da var. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni Raxat Əliyev də «Xaç qaynatası» kitabında bu faktdan yazıb. Raxat Əliyevin iddialarına görə, Nazarbayev ailəsi şahzadə Endryunu ələ almaq üçün onun satışa qoyulan «Sanninghill» villasını 12 milyon funt-strelinq əvəzinə, 3 milyon da bahasına, 15 milyon funt-sterlinqə satın alıblar.

2008-ci ilin may ayında Britaniya mətbuatında bu iddialar ciddi işıqlandırıldı. Nəticədə Britaniya Kral ailəsi etiraf elədi ki, doğrudan da «Sanninghill» villası 12 milyona satışa çıxarılsa da, daha baha qiymətə - 15 milyon funt-strelinqə 29 yaşlı qazaxıstanlı iş adamı Kenes Rakişevə satılıb. Ancaq Kral sarayı bu mülk satışının şahzadə Endruya qazax iş adamları tərəfindən bir hədiyyə olması iddialarını qəbul eləmir.

Ancaq britaniyalı deputatlar, ən çox da Leyboristlər Partiyasından deputat Yan Devidson parlamentdəki çıxışında istənilən halda bu açıqlamaya inanmadığını və əmlak bazarında qiymətlərin düşdüyü vaxtda bu mülk satışının arxasında gizli məqsədlər olmasından şübhələndiyini dedi.

Şahzadə Endryunun Azərbaycan prezidenti İlham Əliyevin yanına tez-tez gəlməsi də Britaniyada mətbuat və ictimai rəydə bir sıra narazılıqlar doğurub. Məsələn, hətta İlham Əliyev bu ilin mart ayındakı referendumda itədiyi qədər prezident olmaq yolundakı əngəlləri aradan qaldıranda, Britaniya mətbuatı bu xəbəri də şahzadə Endryuya bağlamışdı. «Daily Mirror» yazmışdı ki, şahzadə Endryunun neft zəngini, diktator dostu ömürlük hakimiyyətdə qala biləcək.

Britaniya mətbuatı tez-tez Endryunun nəyə görə BBC radiostansiyasının FM-də yayımını dayandıran bir ölkə rəhbəriylə dostluq eləməsini də sorğu-sual edir.

ENDRYU DİKTATOR DOSTLARINI GÖRMƏK ÜÇÜN 60 MİN FUNT VERGİNİ GÖYƏ SOVURUR

Hətta Endryunun Bakıya səfərlərinin birində adi biznes klass təyyarə bileti almaqdansa, çarter təyyarəsi kirayələməsi də qalmaqal yaratmışdı. Britaniyalılar yazırdılar ki, Endryu eks sovet məkanındakı öz diktator dostlarını görmək üçün bizim vergilərimizdən 60 min funt-sterlinq xərcləyir.

Hətta «İndependent» və «Daily Mirror» tabloidləri şahzadənin əslində həm İlham Əliyev, həm də onun qızlarıyla dostluq elədiyini, üstəlik, Azərbaycan prezidentiylə Britaniya şahzadəsinin həm də ortaq biznes maraqları olduğunu iddia edirdi. Ancaq Britaniya Kral sarayı bu dəfə bu iddialara cavab vermədi. Sadəcə, bu səfərlərin hamısının şahzadə Endryunun rəsmi işiylə- Britaniya ticarətinin təbliğatıyla bağlı olduğunu deyiblər.

Ancaq bir şeyi də müşahidə eləmək olar ki, ümumilikdə Britaniya mətbuatı 49 yaşlı şahzadə Endryunu elə də sevmir.

Kraliça II Elizavetanın kiçik oğlu olan Endryunun 49 yaşı olsa da, o, arvadından tez boşanması, tez-tez fərqli qadınlarla görüntülənməsi, əyləncələrə pul xərcləməsi və vergi ödəyicələrinin pullarını şəxsi məqsədləri üçün xərcləməsiylə gündəmə gəlir.

XS
SM
MD
LG