Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:24

Kasıb ölkələr varlı ölkələrə qarşı


Kopenhagendə iqlim dəyişikliyinə həsr olunmuş sərgi, 7 dekabr 2009
Kopenhagendə iqlim dəyişikliyinə həsr olunmuş sərgi, 7 dekabr 2009
Afrikadan olan nümayəndə heyəti sammitin keçirildiyi zala oxuya-oxuya giriblər.

Onlar iqlim dəyişikliyi ilə bağlı Kopenhagendə keçirilən beynəlxalq sammitdə qəbul edilməsi gözlənilən sənədə bu cür etiraz bildiriblər.

Bu sənəd 2012-ci ildə müddəti başa çatan Kioto protokolunu əvəz etməlidir.

«BƏSDİR BİZƏ TƏZYİQ ETDİZ!»


Tək Afrika yox, inkişaf etməkdə olan ölkələrin əksəriyyəti sənədi «ədalətsiz» adlandırırlar, deyirlər ki, bu razılaşma imzalansa, inkişaf etmiş ölkələr havaya iqlim dəyişikliyinə səbəb olan daha çox zərərli qaz atacaqlar.

«Christian Aid» təşkilatının nümayəndəsi kamerunlu Augustine Njambshi «Reuters» televiziyasına müsahibəsində deyib:

«İnkişaf etmiş ölkələr danışıqlarda öhdəliklərə əməl etmək istəmirlər. Biz demirik ki, nümayəndələrimiz sammiti boykot edib getmək istəyir. Amma lütfən, Afrika çox istidir deyə, bizə təzyiq etməyin, məcbur etməyin ki, sammitdən gedək. Bəsdir adamlar bizdən sui-istifadə etdilər».

Afrikadan olan nümayəndə heyəti sammitin keçirildiyi zala oxuya-oxuya giriblər
İnkişaf etməkdə olan ölkələrin narazı qaldığı sənədin son versiyasını artıq Kopenhagendəki sammit iştirakçılarına paylayıblar, amma mahiyyətini hələ ki, tam açıqlamırlar.

«DANİMARKA TƏRƏFKEŞLİK EDİR»


Britaniyanın «The Guardian» qəzeti yazır ki, sənədi hazırlayanlar əsasən Böyük Britaniya, Amerika, bir də Danimarkadır, ehtimal ki, elə bu sənəd də qəbul olunacaq.

«Action Aid» təşkilatının iqlim dəyişikliyi üzrə müşaviri Harjeet Singh AzadlıqRadiosunun xəbər xidmətinə bu haqda danışır:

«Danimarka rəhbərliyi gərək tamamilə balanslı olsun, özünü tədbir təşkilatçısı kimi aparsın, inkişaf etmiş ölkələrin tərəfində olmasın. Məncə, Danimarka sammitə öz sənədini təqdim etməklə özünə olan inamı təhlükə altında qoyurlar. Proses qətiyyən ədalətli deyil».

Danimarka rəsmiləri isə deyirlər ki, sənəddə gizli heç nə yoxdur, onu imkan daxilində hamıya paylayıblar.

«The Guardian»ın yazdığına görə, sənəd imzalansa, ölkələrə qlobal istiləşməylə mübarizə üçün vəsait ayıran «yaşıl fond» Qərbin mövqeyini dəstəkləyən
Kopenhagen samitində Azərbaycan nümayəndə heyəti, 8 dekabr 2009
Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun təsiri altına keçəcək, bu istiqamətdə BMT–nin qurumu ilə danışıqlar zəifləyəcək.

EKSPERT YENİ SƏNƏDİ «ZƏİF» HESAB EDİR


«Action Aid» təşkilatının iqlim dəyişikliyi üzrə müşaviri Harjeet Singh isə deyir ki, bu hal inkişaf etməkdə olan ölkələrin xeyrinə deyil: «Bizim istədiyimiz odur ki, fonda BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə sazişi rəhbərlik etsin».

«Oxfam» Beynəlxalq Humanitar Təşkilatının iqlim dəyişikliyi üzrə nümayəndəsi Antonio Hill deyir ki, bu sənəd dünyada qaz emissiyasının həcmi ilə müqayisədə çox zəifdir. Onun fikrincə, bu sənəd vasitəsilə zərərli qazları alimlərin tələb etdiyi həcmdə (40 faiz) azaltmaq mümkün olmayacaq.
XS
SM
MD
LG