Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:01

PEN bloqqerləri azadlığa buraxmağa çağırır


Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum ediliblər
Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum ediliblər
Beynəlxalq PEN - Dünya Yazarlar Assosiasiyası gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin dərhal azadlığa buraxılmasına çağırır.

Birliyin yaydığı bəyanatda bildirilir ki, gənclərin həbsi Azərbaycan hökumətinə qarşı internetdə yaydıqları tənqidi materiallarla bağlıdır.

Bəyanatda deyilir: «Biz BMT-nin Mülki və Siyasi hüquqlar haqqında müqaviləsinin 19-cu maddəsinə əsasən onları dərhal və şərtsiz azad etməyə çağırırıq».

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

PEN təşkilatı da qeyd edir ki, bu ittihamlar «saxtadır» və bu hər iki bloqqerin internetdə «korrupsiya, təhsil və ifadə azadlığı» ilə bağlı yaydığı materiallarla bağlıdır.
XS
SM
MD
LG