Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:41

Naxçıvanda döyülən İlqar Nəsibova tibbi yardım etmək istəmirlər


İlqar Nəsibovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir
Dekabrın 15-də Naxçıvanda döyülmüş İnsan Hüquqları Resurs Mərkəzinin əməkdaş İlqar Nəsibovun səhhətində problemlər yaranıb. Onun həyat yoldaşı, Resurs Mərkəzinin direktoru Məlahət Nəsibovanın Turana bildirdiyinə görə, İlqarın qarın nahiyəsində və döş qəfəsində ağrılar var, nəfəs alması çətinləşib.

Mərkəzin digər əməkdaşı Vəfadar Eyvazov burnundan zədələr alıb. Yerli tibb müəssisələri faktiki olaraq, döyülənlərə yardım göstərməkdən imtina edir, buna görə müalicə ev şəraitində aparılır.

Nəsibovanın sözlərinə görə, məhkəmə-tibbi ekspertizası və şəhər xəstəxanasında zərərçəkmişləri rentgendən keçirməkdən imtina ediblər. Xəstəxanada həkimlər zərərçəkmişləri yalnız vizual müayinə ediblər və gözlə onların sınığı olmadığını «müəyyən ediblər».
Vəfadar Eyvazov
Bu zaman onlar rəsmi rəy verməkdən imtina edirlər.

Naxçıvan hüquq-mühafizə orqanları dünəndən onların şikayətlərini qəbul etməkdən imtina edir. Buna görə hazırda Nəsibov və Eyvazov Media Hüquqları İnstitutuna müraciət ediblər. MHİ öz növbəsində Azərbaycan DİN-ə və Baş Prokurorluğuna rəsmi müraciət göndərəcək.

Dekabrın 15-i günorta saatlarında Naxçıvan şəhərində İlqar Nəsibov və iki həmkarına basqın olub. Onları Naxçıvan Dövlət Universitetinin prorektorunun rəhbərlik etdiyi dəstə döyüb. Basqına səbəb onların tələbələr arasında universitetdə korrupsiya faktları haqqında sorğu keçirmələri olub. İlqar Nəsibov həm də AzadlıqRadiosunun müxbiridir.
XS
SM
MD
LG