Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:31

«Əsl təhlükə separatçı qruplardan gəlir»


İran türkmənləri islahatçı namizəd Mirhüseyn Musəvini salamlayırlar, 21 aprel 2009
İran türkmənləri islahatçı namizəd Mirhüseyn Musəvini salamlayırlar, 21 aprel 2009
Çoxetnikli İranda ayətullahlara və generallara ən böyük təhlükə İslam Respublikasında islahat uğrunda mübarizə aparan müharibəyə hazırlıq vəziyyətinə gətirilmiş demoktarik müxalifət hərəkatından gəlmir. Əsl təhlükə kürd, bəluc, azəri və ərəb etnik azlıqlar arasında aqressivliyi artan separatist qruplardan gəlir. Bu etnik azlıqlar isə İran əhalisinin təqribən yarısını təşkil edir. «International Herald Tribune» qəzeti belə yazır.

Qəzet yazır ki, demokratik islahat tərəfdarları və etnik qiyamçılar birləşərlərsə ölkəni ciddi şəkildə alt-üst edə bilərlər. Amma islahat tərəfdarları əksər məmurlar, hərbçilər və biznes təşkilatları kimi fars elitasının hakimiyyətindədirlər və azlığın tələbini müdafiə etməkdən imtina edirlər.

Azlıqların istədiyi budur ki, qeyri-fars regionlara iqtisadi inkişaf üçün daha çox pul xərclənsin, neft və başqa təbii ehtiyatlardan gələn gəlirlərin böyük hissəsi bu regionlara ayrılsın, qeyri-fars dillərin təhsil və siyasətdə məhdudiyyətsiz istifadəsinə yol verilsin və dini təzyiqlərə son qoyulsun.

«International Herald Tribune» yazır ki, bəzi azlıq liderləri inanırlar ki, məqsədlərinə Konstitusiyanın mövcudluğu ilə yanaşı regional muxtariyyət vasitəsilə nail ola bilərlər. Amma onların əksəriyyəti İranı sərbəst konfederasiya kimi bərpa etmək və ya müstəqillik elan etmək istəyirlər.

«AMERİKALILAR ƏLBİRLİKLƏ MƏŞĞULDURLAR»

Bəs Birləşmiş Ştatlar etnik üsyançılara pul və silah verirmi?

Qəzet xatırladır ki, İranın ali lideri Ayətullah Əli Xamneyi mayın 12-də Kürdüstan əyalətinin Bicar şəhərində çıxışında demişdi ki, Obama adminstasiyası Buşun siyasətini heç də tamamilə dəyişməyib. «Təəssüf ki, bizim qərb sərhədlərimizdən kənarda İslam Respublika sistemi ilə mübarizə aparmaq üçün amerikanlar pul, silah və təşkilatlardan istifadə edirlər. Amerikalılar əlbirliklə məşğuldurlar» – deyə Xamneyi bildirib.

Birləşmiş Ştatlar və İsrail Səddan Hüseyn İraqının Kürdüstan ərazisində sabitliyi pozmaq istəyəndə «Mossad»ın İran və İraqda kürd qruplaşmaları ilə uzunmüddətli əlaqələri var idi. Amma indi Birləşmiş Ştatlar İraqda kürdlər, şiə və sünnilərin birləşməsini dəstəkləyir. İran da İraqın birləşməsini istəyir, çünki o, öz ərazisində, İraqda və Türkiyədə olan kürdlərin bir araya gələrək müstəqil Kürdüstan yaratmasından ehtiyatlanır.
Azərbaycanlı tələbələr Tehran Universitetində Xatəminin azərbaycanlılar haqqında zarafatına etiraz edirlər, 26 may 2009
Odur ki, Pejaka yardım Bağdadda gələcək İran-Birləşmiş Ştatlar münasibətlərini çətinləşdirə bilərdi, bundan əlavə nüvə ilə bağlı danışıqları mürəkkəbləşdirərdi.

XAMNEYİNİN ALİ DİNİ LİDER SEÇİLMƏSI AZƏRİLƏRƏ BİR JEST İDİ

«International Herald Tribune» yazır ki, bəluclar və kürdlərin hər ikisi sünni müsəlmanlardır. Onlar şiə dini repressiyaları, mədəni və iqtisadi diskriminasiyaya qarşı mübarizə aparırlar. Ziddiyyətli məqam isə odur ki, milli azlıqlar arasında əksəriyyət təşkil edənlər – azərilər şiədirlər, Ayətullah Xamneyi özü də azəridir.

Xamneyinin ali lider seçilməsi də azərilərə bir jest idi, onların İrana sədaqətini möhkəmləndirmək niyyəti güdürdü. Azərilər İranda iqtisadi baxımdan da digər azlıqlarla müqayisədə daha təminatlıdırlar, amma farsların təkəbbürlü baxışlarını onlar da hiss edirlər. Uzunsürən qiyamlar da «Tehran» qəzetinin 2006-cı ilin mayında Azərbaycan dilində danışan tarakan təsvir edilən karikatura dərc etməsindən bir neçə gün sonra püskürməyə başladı.

ETNİK ÜSYANÇILAR BİRLƏŞƏRLƏRSƏ…

Cənub-qərb əyaləti Xuzestandan olan şiə mənsəbli ərəblər Tehran üçün ən potensial separatçı təhlükədirlər, çünki İran xam neftinin 80 faizi bu əyalətdə istehsal olunur. Hələlik bölünmüş separatçı ərəb dəstələrinin öz milisi yoxdur, amma onlar vaxtaşırı hökumətin təhlükəsizlik binalarına basqın edirlər, neft istehsalı qurğularını bombalayır və İranda sputnik vasitəsilə ərəb dilində yayımlanan telekanallarda təbliğat aparırlar.

Tehran və Qum küçələrində kütləvi etirazlarla müqayisədə etnik üsyançıların koordinasiyasız narahatedici fəaliyyətləri ikinci dərəcli kimi görünə bilər. Amma etnik üsyançılar birləşərlərsə və demokratik müxalifət etnik azlıqlarla ümumi cəbhə yarada bilərlərsə islahatların perspektivi və ya İslam Respublikasını devirmək mümkünə çevrilər.

Yazı müəllifinə görə, hələliksə, Obama admnistrasiyası bu həssas məsələyə olduqca ehtiyatlı yanaşmalıdır. Belə ki, separatizmə dəstək və indiki rejimlə əməkdaşlıq bir araya sığmır.
XS
SM
MD
LG