Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:49

“Dədə Qorqud” və “Koroğlu” macar dilinə çevrilib


Azərbaycanın iki qəhrəmanlıq dastanı - “Dədə Qorqud” və “Koroğlu” macar dilinə çevrilib. Bu barədə “Day.az” məlumat yayıb.

Azərbaycan Milli Elmlər Akademiyasından bildiriblər ki, tərcümələr akademiyanın Folklor İnstitutunun və Budapeştdə yerləşən Avropa Folklor İnstitutunun əməkdaşlığının nəticəsidir.

Təşəbbüs Azərbaycan və Macarıstan səfirliklərindən gəlib.

Kitablar böyük tirajla buraxılıb və onların gələcəkdə başqa Avropa dillərinə də çevrilməsi nəzərdə tutulur.

Qeyd edək ki, macarların türk dastanlarına böyük marağının olması təsadüfi deyil. Macarlar özlərinin türk kökənli olduğunu deyirlər.
XS
SM
MD
LG