Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:06

Eynulla Fətullayev yenə istintaq olunur…


Eynulla Fətullayev
Eynulla Fətullayev
Yanvarın 2-də Eynulla Fətullayev Kürdəxanıdakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili İsaxan Aşurov məlumat verib.

Dekabrın 31-də Qaradağ rayon Məhkəməsi Eynulla Fətullayevin cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülməsinə dair qərar verib. Jurnalist indiyə qədər 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılırdı.

Dekabrın 29-da Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsinin astarından 0.223 qram geroin tapıldığı barədə Penitensiar Xidmət məlumat yaymışdı. Bu məsələyə görə Eynulla Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə cinayət işi açılıb.

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

Jurnalist özü bu ittihamı qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Bir sıra beynəlxalq təşkilatlar da onu vicdan məhbusu sayaraq azadlığa buraxılmasını tələb edirlər.

Avropa Məhkəməsində isə Eynulla Fətullayevin Azərbaycana qarşı işi yekunlaşmaq üzrədir.
XS
SM
MD
LG