Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:03

İlham Əliyev ötən ilin yekunlarına dair müşavirə keçirib


İlham Əliyev ötən ilin sosial iqtisadi göstəricilərinin yekunlarına dair müşavirə keçirib
İlham Əliyev ötən ilin sosial iqtisadi göstəricilərinin yekunlarına dair müşavirə keçirib
«2009-cu ilin yekunlarına görə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrin sırasındadır. Sosial və iqtisadi göstəricilər bunu təsdiq edir».

Prezident İlham Əliyev 2009-cu ilin sosial iqtisadi göstəricilərinin yekunlarına dair yanvarın 18-də Nazirlər Kabinetində keçirilən müşavirədə belə deyib.

«2009-cu ildə Azərbaycanda ÜDM 9,3 faiz artıb. Hesab edirəm ki, bu tarixi nailiyyətdir. Bu bir daha onu göstərir ki, bizim bütün uğurlarımızın təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır».

Prezidentin sözlərinə görə il ərzində 74 min yeni iş yeri açılıb. Yoxsulluğun səviyyəsi 11 faizə enib. İl ərzində inflyasiyanın səviyyəsi 1,5 faiz təşkil edib. Ölkənin valyuta ehtiyatları artaraq 20, 4 milyard dollara çatıb.

«Azərbaycanda artıq keçid dövrünün iqtisadiyyatı yoxdur. İndi ölkə liberal, dayanıqlı və öz resurslarına arxalanan iqtisadiyyata malikdir».

Prezident deyib ki, 2010-cu ildə də sosial proqramlar və infrastruktur layihələrinin icrası davam etdiriləcək.
XS
SM
MD
LG