Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:19

Bir qrup OMON-çu rəislərindən prezidentə şikayət etdi


Rusiya OMON-çuları Moskvada insan haqları fəalı Yuliy Rıbakovu qovarkən, noyabr 2007-ci il.
Rusiya OMON-çuları Moskvada insan haqları fəalı Yuliy Rıbakovu qovarkən, noyabr 2007-ci il.
Rusiyada bir qrup OMON-çu - xüsusi təyinatlı milis dəstəsinin üzvləri rəislərindən prezidentə və baş prokurora şikayət edib. “Novaya veremya” həftəliyi Moskva OMON-unun 10 üzvünün yazdığı bu məktubu dərc edib.

Məktubda OMON-çular iddia edirlər ki, rəsiləri hər bir OMON-çuya azı üç nəfəri tutmaq tapşırığı verir və xüsusi təyinatlılardan insanları soyan qazanc maşını kimi istifadə edilir.

Məktubda OMON-un həmçinin fahişəlik və başqa qanunsuz fəaliyyət sahələrinə himayədarliq edərək pul qazandiği və normal polislərin gözümçıxdıya salındığı iddia edilir.

Bu yaxınlarda eyni məzmunda başqa bir müraciəti də polis zabiti Aleksey Dımovski Baş nazir Vladimir Putinə göndərmişdi. O, müraciətini videolentə yazıb internetdə video paylaşma portalı "yotube.com"a yerləşdirmişdi.

Bu dəfə də Moskva polisinin sözçüsü deyib ki, şikayət edən OMON-çular artıq çoxdan işdən çıxarılıblar, dedikləri də yalandır. Üstəlik, həmin keçmiş OMON-çuların bəziləri haqqında rüşvət almaq ittihamı üzrə araşdırma aparılır.
XS
SM
MD
LG