Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:31

Azərbaycan millisinin Avro-2012-dəki rəqibləri məlum oldu


Andrey Şevçenko səbətdən ilk olaraq Azərbaycanın adını çıxartdı
Andrey Şevçenko səbətdən ilk olaraq Azərbaycanın adını çıxartdı
Futbol üzrə Azərbaycan yığması Avro-2012-nin final mərhələsi uğrunda Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan milliləri ilə mübarizə aparacaq.

Bu, fevralın 7-i Polşanın paytaxtı Varşavada keçirilən püşkatma mərasimində məlum olub.

Püşkatmanın tam nəticələri belədir:

A qrupu: Almaniya, Türkiyə, Avstriya, Belçika, Qazaxıstan, Azərbaycan

B qrupu: Rusiya, Slovakiya, İrlandiya, Makedoniya, Ermənistan, Andorra

C qrupu: İtaliya, Serbiya, Şimali İrlandiya, Sloveniya, Estoniya, Farer Adaları

D qrupu: Fransa, Rumıniya, Bosniya, Belarus, Albaniya, Lüksemburq

E qrupu: Hollandiya, İsveç, Finlandiya, Macarıstan, Moldova, San-Marino

F qrupu: Xorvatiya, Yunanıstan, İsrail, Latviya, Gürcüstan, Malta

G qrupu: İngiltərə, İsveçrə, Bolqarıstan, Uels, Çernoqoriya

H qrupu: Portuqaliya, Danimarka, Norveç, Kipr, İslandiya

I qrupu: İspaniya, Çexiya, Şotlandiya, Litva, Lixtenşteyn

Oyunlar 2010-cu ilin sentyabrından 2011-ci ilin noyabrınadək (şənbə və çərşənbə axşamları) keçiriləcək.

Hər qrupun qalibi və ən yaxşı ikinci nəticə göstərən bir milli birbaşa final mərhələsinə keçəcək. Daha dörd vəsiqə uğrunda isə ikinci yeri tutmuş qalan səkkiz komanda mübarizə aparacaq.

Futbol üzrə Avropa çempionatının final mərhələsi iki ölkədə - Ukrayna və Polşada keçiriləcək.
XS
SM
MD
LG