Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:02

Udduğunu görən Yanukoviç rus dilində danışmağa başladı


Yanukoviç öz həyatında belə dönüşləri birinci dəfə deyil, edə bilir
Yanukoviç öz həyatında belə dönüşləri birinci dəfə deyil, edə bilir
Ukraynada prezident seçkilərinin ikinci mərhələsində səslərin sayılıb qurtarmasına hələ 10 faiz qalanda Viktor Yanukoviç öz qələbəsini elan etdi.

O dedi ki, «ölkənin birləşməsinə doğru birinci addımı atdıq. Bu, çox vacibdir və mənə çox lazımdır».

Ancaq hamı diqqəti ona yetirib ki, seçkidən sonra ilk vacib bəyanatını Viktor Yanukoviç öz ana dilində yox, rus dilində verib.

Ukraynada narıncı inqilaba qədər qatı Rusiyapərəst hesab olunan Yanukoviç 2005-ci ildəki seçkiləri uduzandan sonra demək olar ki, həmişə Ukrayna dilində danışırdı və özünü mərkəzçi kimi göstərirdi.

Yanukoviç rus dilində danışmaqla ola bilər, ona səs verən Şərqi Ukraynaya öz minnətdarlığını bildirmək istəyib. Ancaq Ukraynanın qərbi şərqindən fərqli olaraq Avropaya inteqrasiyaya tərəfdardır və rus dilində danışmaq istəmir.

Ukraynalıların bölünməsi təkcə coğrafi baxımdan deyil.

Vladimir İqoreviç adlı 57 yaşlı biznesmen «Financial Times» qəzetinə deyib:

«Mən səsimi Timoşenkoya verdim. Çünki mən istəmirəm ki, ölkəni quldur idarə eləsin. Mən özümə görə danışmıram, mən öz uşaqlarıma, nəvələrimə görə danışıram».

Biznesmen Yanukoviçin qələbəsini «mənəvi dağıntı» adlandırır.

Ancaq «Wall Street Journal» başqa fikirdədir.

ONUN UŞAQLIĞINDAN DİKKENS ROMAN YAZA BİLƏRDİ

«Wall Street Journal» yazır ki, 59 yaşlı Yanukoviçin uşaqlığı Dikkensin romanlarını xatırladır. Yanukoviç yeniyetmə olanda uşaqlardan ibarət cinayətkar dəstənin üzvü olub və oğurluğa, adam döyməyə görə iki dəfə həbs olunub.

İndi bütün Qərb mətbuatı Yanukoviçin 2005-ci ilin ağır seçki məğlubiyyətindən sonra belə qayıtmağından yazır. Ancaq Yanukoviç öz həyatında belə dönüşləri birinci dəfə deyil, edə bilir.

Uşaqlığında iki həbsdən sonra Yanukoviç mexanik mühəndis diplomunu aldı. 22 il Ukraynanın nəqliyyat sektoruna menecerlik etdi.

2002-ci ildə baş nazir olan Yanukoviçi o vaxtki prezident Kuçma prezidentlikdən gedəndə öz yerinə qoymaq istədi, ancaq narıncı inqilab buna mane oldu.

NARINCI İNQİLABIN VƏDLƏRİ VƏ YANUKOVİÇ

«Wall Street Journal» yazır ki, Rusiyanın baş naziri Putin 2005 və 2007-ci illərdə Timoşenkoya doğru addımlar atandan sonra Yanukoviçlə Moskva arasında məsafə böyüdü.

Yəni son 5 ildən sonra o daha əvvəlki kimi birmənalı Rusiyapərəst hesab oluna bilmir.

Yanukoviç demokratiya qaydaları ilə oynayan ictimai lider kimi də özünü göstərə bildi.

Məsələn, oliqarxlar Yanukoviçin ətrafında da var. Ancaq son 5 ildə Yanukoviç onların bizneslərini cəmiyyətə daha şəffaf edib. Bu bizneslər ən yüksək menecer vəzifələrinə qabiliyyətli adamları irəli çəkmələri ilə məlumdur.

Qəzetin fikrincə, ola bilər, narıncı inqilabın verdiyi vədlərin növbəti mərhələsini elə Yanukoviçin komandası daha yaxşı yerinə yetirsin, nəinki Timoşenkonun komandası.
XS
SM
MD
LG