Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:59

«24 apreli sağmal inək ediblər»


Ziyafət Əsgərov
Ziyafət Əsgərov
«Minsk Qrupunun həmsədrləri Ermənistana təzyiq göstərmək əvəzinə, Türkiyəyə təzyiq göstərirlər».

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov parlamentin fevralın 12-də keçirilən iclasında belə deyib.

«ABŞ Konqresi məsələ qaldırıb yenə bu soyqırımı məsələsini müzakirə etmək istəyir. İndi hər il Türkiyənin başı ağrımalıdır? Hər il bu ölkə şantaj olunmalıdır? Sanki üzr istəyirəm bu 24 apreli sağmal inək ediblər, bu, heç ermənilərin özünə də lazım deyil. Kiməsə sərf edirsə Türkiyəyə təzyiq etsin, yapışıblar 24 apreldən».

Əsgərov ABŞ Konqresinə müraciət də edib: «İndi düzdür deyirlər Konqres işləmir, qar yağıb. Yəqin əriyəcək də qar. Müraciət edirəm həmkarlarıma bu məsələdə obyektiv mövqe tutsunlar. Türkiyə dəfələrlə müraciət edib ki, tarixi komissiya yaransın. Bu tarixin işidir, ABŞ Konqresinin yox. Əgər baxırsınızsa buyurun 15–ci ilə niyə gedirsiniz, elə 1992- ci ildə soyqırımı olub Xocalıda, ona baxın. Dəfələrlə də müraciət etmişik. Əgər siz haqq-ədalət tərəfdarısınızsa buyurun baxın. 1915–ci ildə uydurma erməni soyqırımını nə çəkən var idi, nə də göstərən. Amma 1992 – ci ildə olanların şəkilləri ortada, videoarxivlər ortada, hər şey çəkilib göstərilib televiziyada. Bəs bunu niyə tanımırsınız? Ona görə də, onları çağırıram ki, bu cür ikili standartlardan uzaq olsunlar».

Qarabağ danışıqların toxunan Z.Əsgərov müzakirə ediləcək məsələlərin artıq son mərhələdə olduğunu deyib:

«Mən başa düşürəm, Ermənistan müstəqil dövlət deyil, sözsüz ki, bu ölkə Rusiya Federasiyasının bir quberniyasıdır. Yəni bu ölkənin rəhbəri konkret bir söz deyəndən sonra gedib cəzasını alır ki, sən belə deməli idin, niyə belə dedin? Amma hər halda beynəlxalq birlik var, dövlətlər var, həmsədrlər var, Fransa var. Bunlar Ermənistana nəhayət başa salmalıdırlar ki, siz beynəlxalq hüquq prinsiplərini pozmusunuz, zəhmət çəkin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqları aparın. Azərbaycan heç bir halda bu məsələnin uzadılmasını istəmir. Əks halda ölkə rəhbərliyi də bunu dəfələrlə deyib, biz də onun mövqeyini, bəyanatını müdafiə edirik - məsələnin digər yol ilə həlli qaçılmaz olacaq».
XS
SM
MD
LG