Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:29

«Bu həm sərbəst toplaşma azadlığına, həm də dinə qarşıdır»


«Bir qrup dindarın həbsi həm sərbəst toplaşma azadlığına, həm də dinə qarşıdır».

Bunu AzadlıqRadiosuna İslam Partiyasının sədr müavini Vaqif Abdullayev fevralın 13-də yürüş edən dindarla polis arasında baş verən toqquşmanı şərh edərkən bildirib. Vaqif Abdullayev deyir ki, dindarlar dini günlə əlaqədər Şəhidlər xiyabanına əklil qoymaq istəyiblər, ancaq polis buna imkan verməyib.

Ötən şənbə bir qrup dindarla polis arasında baş verən toqquşmadan sonra bir neçə dindar saxlanıb, cinayət işi açılıb. Bakı şəhər polisi və prokurorluğunun birgə yaydığı məlumatda bildirilir ki, 50-60 nəfər icazəsiz yürüşə çıxıb və polisin xəbərdarlığına məhəl qoymayıb. Məlumatda deyilir ki, yürüş iştirakçıları polisi daş və ağacla vurub, nəticədə beş polis əməkdaşı yaralanıb.

Saxlananlardan 7 nəfəri barədə inzibati həbs seçilib. 5 nəfər inzibati qaydada cərimələnib, 2 adama isə xəbərdarlıq edilib. Hadisənin fəal iştirakçılarından olan 4 nəfər şübhəli şəxs kimi saxlanıb.

Saxlanılanların vəkili Fəxrəddin Mehdiyev bildirib ki, onların inzibati saxlanma müddəti bu gün bitir. Vəklin sözlərinə görə, bu şəxslər sərbəst buraxılmasa, onlara qarşı ittiham irəli sürülə bilər.
XS
SM
MD
LG