Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:20

«Müsavatın piketi Meriyanın cavabından asılı olmayacaq»


«Müsavat Partiyası meriyanın nə cavab verməsindən asılı olmayaraq piket keçirmək niyyətindədir».

Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu AzadlıqRadiosuna belə deyib.

Partiya piketi aprelin 14-də saat 12-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirmək istəyir. Bunun üçün meriyaya müvafiq müraciət də edilib. Hələ ki, piketlə bağlı cavab yoxdur.

Mehman Cavadoğlu: «Əgər piketə icazə verilməsə icazəsiz piket keçiriləcək. Ondan sonra partiya tərəfindən elan olunan bütün aksiya, piket və mitinqlər meriyanın nə cavab verməsindən asılı olmayaraq keçiriləcək».

Müsavat Partiyası piketi sərbəst toplaşmaq azadlığının bərpa olunması tələbi ilə keçirmək istəyir.
XS
SM
MD
LG