Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:41

Səməd Seyidovla David Arutyunyan Alt Komitə quracaqlar


Mövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu
«Avropa Şurası Parlament Assambleyası Qarabağ problemi ilə bağlı Minsk prosesini dəstəkləyir. Bizim qurumun də bununla bağlı qərarları var».

Bu sözləri aprelin 13-də Azərbaycana səfərə gələn Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

M. Çavuşoğlu hazırda AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyətinin bərpasına çalışdıqlarını bildirib:

«Bu ilin martında AŞ PA Bürosunun toplantısında bu məsələ gündəmə gəlib. Lakin o vaxt bütün tərəflər iştirak etmədiyindən və Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri David Arutyunyan iclasa qatılmadığından məsələ müzakirə olunmadı».

AŞPA prezidenti aprel ayında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Ermənistan nümayəndə heyətinin rəhbəri David Arutyunyanla bir araya gələrək Alt Komitə quracaqlarını bildirib:

«Nümayəndə heyətinin rəhbərləri ilə görüş keçirib, Alt Komitənin fəaliyyətini bərpa edəcəyik. Məqsədimiz hər şeydən əvvəl parlament diplomatiyasının bu məsələdə işləməsinə nail olmaqdır».

AŞPA-nın Dağlıq Qarabağ üzrə Al Komitəsinin sədri Lord Rassel Constonun bir müddət əvvəl vəfat etməsi ilə əlaqədar komitə fəaliyyətini dayandırıb. / APA /
XS
SM
MD
LG