Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:57

Anım mərasiminin keçirilməsinə qadağa


Akademiyanın qətlə yetirilən müəllim və tələbələri
Akademiyanın qətlə yetirilən müəllim və tələbələri
Ötən il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən silahlı basqının ildönümünə 15 gün qalmasına baxmayaraq, Akademiyada bu münasibətlə hər hansı bir tədbirin keçirilməsindən söhbət belə getmir. Bunu Akademiyada rastlaşdığımız müəllim və tələbələr arasında keçirdiyimiz sorğu da göstərir:

- 30 aprel hadisələri ilə bağlı Akademiyada hər hansı tədbir keçiriləcəkmi?

- Yox, bizim məlumatımız yoxdur. Əgər keçirilsə iştirak edəcəyik.

- Mən heç nə bilmirəm. Bu barədə danışmaq istəmirəm.

- Bizim heç nədən xəbərimiz yoxdur.

- Bəs hər hansı tədbirin keçirilməsinə hazırlıq getmir?

- Xeyr.

Akademiyaya kənar şəxslər buraxılmadığından biz də içəri daxil ola bilmədik. Amma mühafizəçi bizə bildirdi ki, 30 aprel hadisələri zamanı həlak olanların xatirəsinə hazırlanmış guşə artıq yığışdırılıb.

ANIM MƏRASİMİNİN KEÇİRİLMƏSİNƏ QADAĞA

Həlak olanların xatirəsini öz təşəbbüsləri ilə anmaqda israrlı olan tələbələr isə deyirlər ki, Akademiya rəhbərliyi anım mərasiminin keçirilməsinə müxtəlif formalarda mane olmağa çalışırlar:

«Akademiyada heç elə bil bir il əvvəl qanlı hadisə baş verməyib», 1 may 2009
- Bəzi adamlar bu məsələni siyasiləşdirirlər. Bizim həmin gün keçirəcəyimiz tədbir heç bir siyasi aksiya və ya mitinq deyil. Biz əllərimizdə gül dəstələri ilə, şamlar yandıraraq 30 apreldə həlak olanları anacayıq. Hətta biz təklif edirik ki, əllərimizdə «Səs salan bizdən deyil!» şüarları yazılan plakatlar tutaq. Bizim məqsədimiz həlak olanların anımını keçirməkdir. Bizim başqa məqsədimiz yoxdur.

- Akademiyaya qanlı basqınla bağlı hər hansı tədbirin keçirilməsi abi-havası yoxdur. Ötən il anım mərasimində iştirak edən tələbələr Akademiyadan xaric olunmasalar da onlara töhmət verildi. Ona görə də tələbələr maraqlı deyillər bu tədbirlərdə iştirak etməyə.

- Akademiyada heç elə bil bir il əvvəl qanlı hadisə baş verməyib. Gözləmədiyimiz bir haldır baş verib. Heç kim bu barədə danışmaq belə istəmir. Görünür susdurulublar.

REKTORUN QƏRARI

- Anım mərasimini keçirmək istəyənlərə məzarlara gedib ziyarət etmək tapşırılıb. Bu yaxınlarda rektorluğun qərarı oldu ki, kim Akademiyada anım mərasimlərində iştirak etsə qovulacaq.

Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Almaniyada səfərdə olduğundan tədris işləri üzrə prorektoru Zaur Əhmədovla əlaqə saxladıq. O tələsdiyini əsas gətirərək bu mövzuda danışmaqdan imtina etdi.

Ötən il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Neft Akademiyasının binasına daxil olub, 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonradan özünə atəş açıb.

HƏMÇİNİN OXU

MÜTTƏHİMLƏR İŞGƏNCƏ ALTINDA İFADƏ VERDİKLƏRİNİ DEYİRLƏR
XS
SM
MD
LG