Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:40

Yerdən göyəcən xaos


Peykdən çəkilən kül dumanı
Peykdən çəkilən kül dumanı
Beynəlxalq hava yollarında indi xaos hökm sürür. İslandiyada vulkanın püskürməsindən yaranan nəhəng kül dumanı şimali Avropa üzərində yayılmaqdadır.

Brüsseldə yerləşən Avrokontrol təşkilatı – Avropanın hava nəqliyyatı agentliyi elan edib ki, bir çox təyyarə reysləri azı daha 24 saat təxirə salına bilər.

Bu təkcə Avropadan yox,

BÜTÜN DÜNYA ÖLKƏLƏRİNDƏN OLAN SƏRNİŞİNLƏR ÜÇÜN PİS XƏBƏRDİR

Parisin Şarl de Qol aeroportunda ilişib qalan Hektor adlı sərnişin hələ də tezliklə - Braziliyə uçacağına inanır.

“Bizim təyyarə səhər saat 10-da Braziliyaya uçmalıydı. 444 saylı reys. Air France şirkətinin təyyarəsi idi. Amma başqa reyslər kimi o da təxirə salındı”.

Honqkonq aeroportunda - Mark adlı sərnişin isə Röytersin müxbirinə bunları deyib.

“Mən Amsterdama gedirəm, bizim təyyarə dünən saat 11-də uçmalıydı, bu gün axşam saat 11-ə qədər təxirə salınıb. Və deyilənə görə daha 24 saat təxirə salına bilər. Bəxtim gətirməsə beləcə bir gün də gözləməli olacam”. Bütün bu xaosa səbəb olan vilkanın adı adamın dilinə də yatmır – Ahudvedleuk – bu vilkan srağagün püskürüb.



Hələ də püskürmə davam edir.

Vulkanın atmosferə buraxdığı kül böyük yüksəklikdə cəmlənir – təyyarələr də məhz həmin yüksəklikdən uçur.

Ən çox ziyan İslandiyaya yaxın olan Britaniyanın hava yollarına dəyib. Bu ölkə üzərində təyyarə reyslərinə şənbə gününə qədər qadağa qoyulub – amma bu, ən nikbin proqnozdur.

Yalnız Şimali İrlandiya və Şotlandiyada bəzi reyslərin baş tutmasına icazə verilib.

Skandinaviyada vəziyyət fərqlidir. İsveç və Norveçdəki bəzi reyslər yavaş-yavaş təzədən açılır. Bu, əsasən həmin ölkələrin şimalındakı reyslərə aiddir.

Amma Danimarkanın hava məkanı bağlı olaraq qalır. Finlandiya isə bildirib ki, təyyarə nəqliyyatına qoyulan məhdudiyyətlər hələ bir neçə gün də davam edəcək.

Baltik ölkələrinin üçü də - Latviya, Litva, Estoniya hava məkanlarını bağlı elan ediblər.

POLŞA ÜÇÜNSƏ BU VULKAN MƏSƏLƏSİ HEÇ YERİNƏ DÜŞMÜR

Ölkənin bütün aeroportları bağlanıb.

O cümlədən Krakovda. Orada Polşa hökuməti özünün təyyarə qəzasında ölən prezidentinə bazar günü dəfn mərasimi keçirmək istəyir.

Krakova onlarla ölkənin prezidenti gəlməli idi, o cümlədən Amerika prezidenti Obama. Həmin səfərlərin baş tutub-tumayacağı hələ bilinmir.

Almaniyada 16 böyük aeroportdan 11-i bağlanıb.

Sankt Peterburqun Pulkovo 2 aeroportunda da vulkana görə bəzi reyslər təxirə düşüb.
Avstriya da öz hava məkanını bağlayır.

Bu arada kül dumanı Rusiyaya tərəf hərəkət edir və

MOSKVAYA YAXINLAŞMAQDADIR

Alimlər deyir ki, kül dumanının təhlükəsi odur ki, təyyarələrin mühərrikinə dola bilər.

Islandiya Universitetindən vulkanoloq Arman Hoskuldson deyir.

“Külün tərkibində dəmir, alüminium, maqnezium və çoxlu sayda digər elementlər var. Bunlardan çoxu kifayət qədər aşağı temperaturda ərimək xüsusiyyətinə malikdir. Motora dolandan bir müddət sonra bu ərimiş metallar öz təsirini göstərə, motorun getdikcə öz gücünü itirməsinə və dayanmasına səbəb ola bilər”.
XS
SM
MD
LG