Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:19

İlham Əliyev Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 19-da Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub, ölkələrimiz arasında birliyin və əməkdaşlığın gücləndirilməsinin zəruriliyi bir daha vurğulanıb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə-Ermənistan əlaqələri barədə məlumat verib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyət haqqında danışıb.

AzərTAc
XS
SM
MD
LG