Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:58

«Namizədlər artıq təbliğata başlaya bilərlər»


Çingiz Dadaşov
«Namizədlər artıq təbliğata başlaya bilərlər». Bunu seçki eksperti Çingiz Dadaşov deyib. «İşdən sonra»da parlament seçkiləri öncəsi gözlənilən dəyişikliklər barədə danışılıb.

Çingiz Dadaşov bildirib ki, namizədlər təbliğat işinə artıq başlaya bilərlər:

- Avqustun 20–22 arası seçkilərə start verilməlidir. Start verilən ərəfədən namizədin ixtiyarı yoxdur ki, özünü təbliğ etsin. Start verilənə qədər, prezident sərəncam verənə qədər namizəd öz işini apara bilər.

Hafiz Həsənov seçkilər prosesində olan problemləri sadalayıb:

Hafiz Həsənov
- Xeyli seçicilər yaşadıqları yer üzrə yaşamır. Namizədlərin irəli sürülməsi və qeydiyyatı ilə bağlı problemlər var. Seçki şikayətləri ilə bağlı problemlər var. Burada da şikayətlərin verilməsi və baxılması sahəsində ciddi problemlər var. Müşahidəçilik statusunun dəyişdirilməsi, seçki qabağı təşviqat məsələsi ilə bağlı problemlər var. Ötən seçkilərdən sonra geriyə doğru addımlar oldu.

Çingiz Dadaşov isə hesab edir ki, seçkidə problemlərin yaranması maarifləndirmənin zəif olması ilə əlaqədardır:

- Azərbaycan reallığında maariflənmə işi aşağı olduğuna görə bəzi namizədlərimiz hüquq və vəzifələrini bilmir. Dairə seçki komissiyası, məntəqə seçki komissiyaları Seçki Məcəlləsini, MSK–nın göstərişlərini bilmədiklərinə görə namizədləri incidirlər. Beynəlxalq təşkilatlar da təcrübəsi olmayan QHT-lərə pul verir, o pullar da lazımi maarifləndirmə işlərinə sərf edilmir.



/Hazırladı Gülər Qasımova/

HƏMÇİNİN OXU

SEÇKİ MƏCƏLLƏSİNDƏ NƏ DƏYİŞSİN, NƏ QALSIN?
XS
SM
MD
LG