Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:05

Erməni kilsəsi prezident İlham Əliyevlə görüş haqqında bəyanat yayıb (video)


Bütün ermənilərin katalikosu II Qaregin və onu müşayiət edənlər Bakıda erməni kilsəsinə baş çəkir, 26 aprel 2010
Bütün ermənilərin katalikosu II Qaregin və onu müşayiət edənlər Bakıda erməni kilsəsinə baş çəkir, 26 aprel 2010

(Kilsədən görüntüləri mətnin sonunda izləyin)

Erməni Apostol kilsəsi bütün ermənilərin katolikosu II Qareginin aprelin 26-da Bakıda prezident İlham Əliyevlə görüşü barədə bəyanat yayıb. Aprelin 27-də yayılan bəyanatda bildirilir ki, bir saat davam etmiş görüş “səmimi və rahat atmosferdə keçib. Orada əsasən Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.”

Bəyanatda qeyd edilir ki, II Qaregin və onu müşayiət edənlər Bakıdakı erməni kilsəsinə də baş çəkiblər. Sənədə görə onlar kilsədə ibadət edib, dualar oxuyublar. II Qaregin bu kilsənin yenidən din adamlarının istifadəsinə açılacağına ümid etdiyini bildirib.

Azərbaycan dövlət informasiya agentliyinin bu görüş haqqında rəsmi məlumatında qısaca qeyd edilir ki, orada dünya dini liderlərinin və müxtəlif dini konfessiya rəhbərlərinin iştirak etdiyi Bakı sammitinin əhəmiyyəti qeyd olunmuş, bu tədbirin dinlərarası dialoqun möhkəmlənməsi və dini liderlər arasında təmasların genişlənməsi baxımından önəmi vurğulanıb.

Bakıda erməni kilsəsinin tarixi haqqında müxtəlif məlumatlar var. Bəzi mənbələrdə onun 20-ci əsrin ilk illərində, bəzilərində 1870-ci illərdə inşa edildiyi göstərilir.

Bakı Yevangelist-lüteran icmasının sədri Tamara Hümbətova «Media forum» saytına deyib ki, bu kilsəni 1871-ci ildə tikilib. Arxitektoru da o dövrdə Bakı quberniyası və şəhərin arxitektoru K.Qippuis olub.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsinin başlanması ilə bu kilsə də bağlanıb.

2002-ci ildə isə o, Prezidentin İşlər İdarəsinin kitabxanasına verilib. Yaxınlarda həmin kitabxananın rəsmi açılışı da planlaşdırılır.

Kilsədən görüntüləri izləyin:

XS
SM
MD
LG