Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:59

Zümrüd Yağmur "YALAN VƏ YAZAR…"


Zümrüd YAĞMUR
(Filologoya e. n.)

Yalan və yazar…

Yaxınlarda dostlarımdan biri mənə belə bir sual verdi ki, siyasi proseslərə bu qədər yaxın olduğum halda niyə partiyalardan birində siyasətci kimi fəaliyyət göstərmirəm.

Təbii ki, uzun cavaba ehtiyac duymadım və bildirdim ki, mən yazaram və

YAZARIN PEŞƏKAR BİR SİYASƏTÇİ KİMİ SİYASƏTLƏ MƏŞĞUL OLMASI VACİB DEYİL

Yazarın siyasəti elə onun yalansız yaşamasında, cəmiyyətimizi sarmış yaltaqlıq girdabından uzaq durmasında, haqq və doğru bildiyini öz düşüncə və yaradıcılığında ifadə edə bilməsindədir.

Bizim cəmiyyətdə şablonlaşmış bir efir çərçivəsi var.

Baxırsan ki, yazarlar, müğənnilər efirdən öz peşəsini xalqa xidmət üçün seçdiyini söyləməyi adətə çeviriblər və özü də bunu xalqa minnət qoya-qoya edirlər.

Bu cür “sosialist öhdəliyi” sayağı fikrlərin gerçəkliyi onu söyləyənlər də daxil olmaqla kimsə tərəfindən doğru qəbul olunmur və seçdiyi peşəyə görə qalxıb bir çəmiyyətin boynuna minnət qoymaq da yalan üzərində böyüklük və fərqlilik görüntüsü yaratmağa xidmət edir.

Hər kəsin öz işini vicdanla yerinə yetirdiyi, bununla da həm özünə, həm də topluma fayda sağlandığı açıq cəmiyyətlərdən fərqli olaraq yalnız totalitar düşüncə tərzinə bağlı olan sənət təmsilçiləri “böyük rəhbərin” yolunu gedərək sənəti xalqa xidmət anlayışı ilə eyniləşdirmək qədər onu təhrif etməyi qəbul edirlər.

Məncə Azərbaycan cəmiyyətində

BÜTÜN YALANLARIN KÖKÜNDƏ ELƏ "XALQA XİDMƏT" YALANI DURUR

və əsl xalqa xidmətin yolu isə bunun əksinə olaraq həqiqət bildiyinə, doğru saydığına sahib çıxmaqdan keçir.

Məsələn, yazar Q.Q Markes, ya da böyük müğənni M.Kabalye xalqa xidmətdən danışmadan öz yaradıçılıqları ilə elə təmsil etdikləri mədəniyyətləri, toplumları dünya çapında tanıtmırlarmı?…

Digər sənət sahələrindən fərqli olaraq cəmiyyətin ictimai şüurunun formalaşmasında rol oynayan yazarlar həm də ictimai bir öhdəlik daşıyirlar və bu öhdəlik yazarın tirajından asılı olaraq miqyas dəyişdirir.

Bu yükün məsuliyyətini daşıyan düşüncə sahibləri yaşadığı toplumda baş verənlərə həqiqət, haqq və ədalət baxımından münasibət ortaya qoymaqla nə tərif ummalıdır, nə də ki, xalqa xidmət etdiyini düşünməldirlər.

Tam əksinə, hakimiyyətin də yanlışlarına, cəmiyyətin də aldanışlarına tabe olub susması üçün bəhanələr aramadan zamanı və məqamı gözləmədən həqiqəti deməyi bacarmalıdırlar.

Həqiqətin piştaxta üzərinə qoyulduğu, hakimiyyətin yumruğunun masanın üstünə vurulduğu, bir cox siyasətçilərin maraq arxasında dolandığı, insanların eybəcərliklərə uyğunlaşmağı baçarıq sayıb yalana aludə olduğu cəmiyyətlərdə toplumu aydınladacaq, bütün bu çirkaba qarşı çıxıb nələrisə dəyişdirəcək düşüncənin qaynağı məhz bu məqamda yazarlar olmalıdır.

Həqiqət örnəklərinin qeybə çəkildiyi, siyasi etimadsızılığın total ümidsizlik yaratdığı dönəmlərdə insanları heç bir sosial, siyasi, etnik ayrım yapmadan insan olmağa, həqiqətə tərəf baxmağa səsləyən yazarın hamıdan və hər kəsdən uzaq, bütün təmtaraqlı tərif və təltiflərdən kənarda axan fikirləri olmalıdır.

Yazarın inqilabçı olmasına bəlkə də gərək yoxdur və mən bunu Soljenitsinin “Yalansız yaşamaq” yazısını oxuyanda anlamışdım ki, bizim kimi cəmiyyətlərdə yaşayan yazarların ən böyük mücadiləsi, siyasəti məhz elə yalansız yaşamağı bacarmasıdır.

Azərbaycan cəmiyyətində ağıl, fərasət, həqiqət kimi dəyərlərə münasibətin indi dəyişməyə başladığını düşünmək yanlış olardı, çünki ən azından bu dəyərlərimizin dəyişib eybəcərləşmə tarixcəsi bir əsri əhatə edə bilər.

İndi sadəcə bu dəyərlər həyatımızdan çıxmağa, tamamən olmasa da, hətta bizim “yaxşı” yaşamamıza əngəl ola bilən dəyərlər kimi hamı tərəfindən az qala lənətə tuş olub və bizim həmişə nəsihət verməkdə tələsən ata-babalarımız indi bu dəyərlərin zəmanəyə uyğun olmadığını ciddi-cəhdlə cavanlara sübut etməyə calışırlar.

Bu Azərbaycan cəmiyyətinin təbəqələri, zümrələri, peşələri nəzərə almadan bir rəsm kimi qarşımızda acılan mənzərəsidir.

Amma Azərbaycan ədəbiyyatında bu mənzərədən kənarda qalanlar da var ki, indi

BU YAZARLARIN LƏNƏTƏ TUŞ GƏLMƏMƏSİ ÜÇÜN YA GƏRƏK ALLAHA DUA EDƏK,

ya da ata-babaalarımızın bir az insaflı davranmasını umaq ki, olan qalan dəyərlərin də övladlarının həyatından qeybə cəkilməsinə bu qədər tələşməsinlər.

Amma dua etməklə bir şey dəyişməycək, çünki Allah bu cəmiyyətin özünə biçdiyi libası onun vücud-vicdanından cıxarmaq üçün bir səbəb tapa bilməz.

Cəmiyyət yarınma, yalanla yaşamaqı, həqiqətin qanana qəltan edilməsinə elə cani dillə yardım edir ki, burda Alahın işə qarışaçağını gözləməyə dəyməz, çünki Allah haqq edənlərə nəyisə bəxş edir…

Bizsə bir toplum olaraq hələlik bu mərhəməti və şəfqəti haqq edəcək bir əməl törətməmişik.

Bu cəmiyyətdə yalansız yaşamaq işgəncə, fərsizlik olduğu kimi, yalansız yazar olmaq da cətindir, daha doğrusu olmaq olar, amma sözünü kimsəyə catdıra bilmirsən, çünki yalanla yaşamağa vərdiş edənləri həqiqət maraqlandırmadığı kimi yazarın söyləyəcəyi gercəklər də maraqlandırmayacaq…

Tək elə bu səbəb kifayət edir ki, Azərbaycanda gercək yazar, səmimi olaraq yaşadığı toplumun azad olmasını istəyən biri kimi yaşayıb yazmaq cox cətindir.

Dörd bir yandan üzərinə gələn yalanlar icində kimə gərəkdir sənin yazdıqların…

Tənəli baxışların altında yazarlığını, insanlığını və yalnız özünə lazım olan həqiqətini saxlaya bilmək bir qəhrəmanlıq tələb edir və yəqin ki, belə qəhrəmanların, mərdliyi nəticəsində bir

70 İL SONRA DA ƏDƏBİYYATIMIZ SÜLEYMAN RÜSTƏM VƏ HÜSEYN CAVİD BÖLGÜSÜ İLƏ YENİDƏN BÖLÜNƏ BİLƏCƏK...

Mənəvi represiyaların tüğyan etdiyi bu yeni 37 cağında Azərbaycan ədəbiyyatının H. Cavid, Ə.Cavadları yəqin ki, öz tarixi missiyasını anlayır.

Azərbaycan cəmiyyətində taun epedemiyasından da sürətlə yayılıb az qala cəmiyyətin 90% əhatə edən “virus”-yalan kimsədə daha qorxu yaratmır, əksinə indi ağıl , fərasət nümunəsinə cevrilmiş bu keyfiyyət nəticəsində layiq olmadığı yerlərdə əllərini qarşısında əyilənlərə öpdürənlər o qədər coxalıb ki, kimin hörmətli, kimin hörmətsiz olduğunu ayırd etmək mümkün deyil.

Bu baxımdan Azərbaycan cəmiyyəti bir morqu xatırladır və bu morqda artıq coxdan ölüyarmaqla məşğul olanların, mənəviyyat “göstəriciləri”olan kəslərin bolluğu, “zəmanə adamlarının” hakimliyi bir yazar üçün kifayət qədər material verir…

Bax bu baxımdan Azərbaycanda yazar olmaq cox asandır, çünki burda az qala hər kücənin, dalanın sonunda insan əzabı ilə qarşılaşmaq mümkündür.
Əzab, bu əzabı yaşaya bilən yazarın ilham pərisidir.

Amma burada başqa bir məsələ var… Bu yazılacaq ədəbiyyatın, əsərin səhifələrində özlərini görənlər bu yazıları oxuyacaqlarmı…

Bir mənalı şəkildə cavab budur! Yox!

Çünki insan psixologiyası elə qurulub ki, onun hamıdan gizlətmək istədiyi bir eybi söyləyənə hər kəsdən cox nifrət edir. Bir də özü kimi olmayana, onun kimi düşünməyənə…

Yazar da bu toplumun tutulduğu xəstəliyin onun mənəviyyatında yaratdığı eybəcərliyi ona göstərirsə onda bu toplum onu sevməyəcək, əksinə ona nifrət edəcək, çünki hamının bir-birindən sanki gizlədib fərasətli, ağıllı, hörmətli adam olmaq maskasını biri öz qələmi ilə yırtıb acmaq istəyir.

İndi

BU YAZARIN “MƏRDİMƏZARLIĞINI” GÖRƏNDƏN SONRA ONUN YAZDIĞINI OXUYAN OLARMI?...

Yox!

Son vaxtlar dikbaş yazarların əsərlərinin oxunmamasından, cəmiyyətin bütünlükdə ədəbiyyata marağının sönməsindəın danışılır, indi bir düşünək, bu cəmiyyətə həqiqət lazımdırmı ki, onu yazanları da oxusunlar…

Sovet İttifağı dağılanda S.Rüstəmxanlının “Ömür kitabı” əldən- ələ gəzirdi, orada həzin bə poetik bir dildə bütöv Azərbaycanın həqiqətləri yazılmışdı, cox sadə və şirin, dərdli, hüznlü…

Kitab əldən-ələ gəzirdi, ona görə ki, toplum bildiyi həqiqətləri təkrar-təkrar bilmək istəyirdi.

Amma indi cəmiyyətin problemlərini hec də adı cəkilən kitabdan pis anlatmayan bir kitab oxunmur, çünki yalanla yaşamağa, varlanmağa, hörmət sahibi olanlara, layiq olmadığı yeri zəbt edənlərə həqiqət, hər gün bir az daha öldürdükləri həqiqət lazım deyil.

Əksinə yalanla yaşayanlar bu yalanın tabusunu pozana düşmən kimi baxır və onu hər an yararsız bir “məxluqat kimi” öz həyatlarından uzaq tutmaq üçün əllərindən gələni etməyə hazırdırlar.

Bu gün həqiqəti deyən yazarın varlığı yalanla yaşayanların saxtakarlığına zərbədir.

Bizim ədəbiyyatda yazarın yazdığı ilə yaşadığları arasında o qədər təzadlar var ki, ona hansı ilə qiymət vermək cətin olur.

Təbii ki, yaşadıqları ilə dedikdə yazarın şəxsi həyatınadakıları nəzərdə tutmadım, onun cəmiyyətdə baş verənlərə münasibətdən, nə qədər vətəndaş ola bilməsindən danışıram və yəqin ki, kimsə “ bu hər kəsin öz işidir, buna qarışmaq olmaz” deməməlidir, çünki yazar şəxsı həyatından kənarda bir yazar, ictimai bir öhdəlik daşıyıcısıdır və bunu da yerinə yetirməlidir, ideologiyalarsız, siyasətsiz, meydanlarsız…

Amma ən böyük ideologiyalar, ən ardıcıl siyasət, ən geniş meydanlarda…

Yazıb, yazaram deyən birinin də toplumun həyatında, mənəviyyatında baş verənlərə biganə qalması, hələ üstəlik kiminsə əlini öpüb bir “afərinə” istəməsi ancaq bir Cəlil Məmmədquluzadə istər ki, gəlib yenidən “Qurbanəli bəy “ hekayəsini yazsın…

Beləcə mən dolayı olaraq məndən soru soran dostuma cavab verdim. Mən siyasətci deyiləm, yazaram, amma peşəkar siyasətcidən belə daha davamlı olan bir siyasətim var… “Yalansız yaşamaq”…
XS
SM
MD
LG