Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:44

Britaniyada tarixi seçkilər


Mühafizəkarlar Partiyasının lideri Devid Kameron və hakim Əmək Partiyasının lideri Qordon Braun teledebatlarda, 29 aprel 2010
Mühafizəkarlar Partiyasının lideri Devid Kameron və hakim Əmək Partiyasının lideri Qordon Braun teledebatlarda, 29 aprel 2010
Mayın 6-da Britaniyada parlamentin aşağı palatasına - 650 yerlik İcmalar Palatasına seçkilər keçiriləcək.

İndi iqtidarda olan Leyboristlər - Əmək Patiyası 1997-ci ildən sonra 5-ci dəfə dalbadal seçilərdə qalib gəlməyə və parlamentdə hər kəsdən çox səs yığmağa çalışacaq. Sonuncu parlament seçkilərində Leyboristlər 356 yerə sahib olublar. Leyboristlərin siyasi lideri indiki Baş nazir Qordon Braundur.

Ənənəvi olaraq, Leyboristrlərlə Konservatorlar - Mühafizəkarlar Partiyası mübarizə aparır. Son seçkidə Devid Kameronun rəhbərlik etdiyi mühafizəkarlar ancaq 198 mandata sahib olmuşdular.

Britaniyanın 3-cü iri partiyası kimi adətən Liberal Demorkatlar çıxış edib. Son seçkidə Liberal Demorkatlar cəmi 62 mandat qazanmışdılar. İndi bu partiyaya Nick Kleq rəhbərlik edir.

Amma bir çox ekspertlər razılaşırlar ki, Britaniyada bu il keçiriləcək seçkilər öncəkilərdən çox fərqlənəcək. Britaniyanın Baş naziri Marqaret Tetçerin keçmiş müşaviri olan Con O’Sallivan fərqi belə izah edir:

LİBERAL-DEMOKRATLAR HƏMİŞƏ OYUNUN İÇİNDƏ OLUB

«Bu seçkilər öncəkilərdən önunla fərlqənir ki, adətən mərkəzçi və ya mərkəz-solçu kimi tanınan Liberal-Demokratlar bu dəfə digər iki partiyaya bərabər görünür. Təxminən 30 il idi ki, Britaniyada ikipartiyalı olmasa da, 2.5 partiyalı sistem var idi.
Liberal-demokratların lideri Nik Kleqq seçki proqramını açıqlayır, 14 aprel 2010
3-cü partiya - Liberal-Demokratlar həmişə oyunun içində olub, 50 yer tuta bilirdilər, amma heç vaxt yarışa ortaq olub, alternativ hökumət quracaq qədər ciddi qüvə olmayıblar».

Liberal-Demokratların budəfəki seçkilərdə yetərincə güclü olmasını həm ingilis, həm də dünya mətbuatı qeyd edir. Özü də vəziyyət demək olar ki, son aylarda dəyişib. Hətta Britaniyada budəfəki seçkilər nəticəsində heç bir partiyanın aşkar üstünlük qazana bilməyəcəyini və bir çox partiyalar arasında qarışıq koalisyon hökumətin qurulacağını da iddia edənlər var. Con O’Sallvian son bir neçə ayda Britaniya siyasətindəki gözlənilməz dəyişiklikləri belə izah edir:

BU OLAY SƏSLƏRƏ CİDDİ TƏSİR EDƏCƏK

«Bu seçki kampaniyasında oyunun gedişinə iki amil təsir etdi: Birincisi, liderlərin debatı. Elə ilk debatlardan Liberal-Demorkatlar və liderləri Nik Kleq açıq-aşkar önə çıxdı. İkincisi isə, Baş nazir Qordon Braunun leyboristlərin seçicisi olan qadının ardınca deyinməsi qalmaqalı…Təbii ki, Braun üzr istədi və hər kəs olayı qapadığını dedi. Amma bu olay Leyboristlərin fəhlə sinfindən olan səslərinə ciddi təsir edəcək».

Qordon Braun
Britaniyanın Baş naziri Qordon Braunun seçicilərlə görüşlərindən birində ona yaxınlaşıb sual verən Leyboristlərin sadiq seçicisinin ardınca, maşına əyləşəndə, TV mikrofonu açıq ola-ola deyinməsi və bu səslərin yayımlanması doğrudan da iqtidar partiyasının onsuz da zəifləyən nüfuzuna lap zərbə vurmuş oldu. Üstəlik, bu olaylar, «Nyu-York Tayms» və «Vaşinqton-Post» qəzetlərinin təbirincə desək, Amerikasayağı keçirilən bir seçki debatları dövrünə təsadüf etdi.

Amerika mətbuatı artıq britaniyalıların da siyasi liderlərini təkcə ideyalarına, proqramlarına görə yox, liderlik keyfiyyətlərinə, kütlə qarşısında çıxışları, özünü aparması, xoşgörünməsi, özünə inam və suallara hazırcavablılıq kimi - debatlarda ortaya çıxan keyfiyyətlərinə görə seçməsi fikrini iddia edir. İctimai sorğular da bu fikrin haqlı olduğunu göstərir.

Bəzi şərhçilər bütün bu deyilənləri nəzərə alaraq, artıq indidən Britaniya seçkilərinin nəticəsində hakim partiyanın uduzacağını, hakimiyyət bölgüsünün, koalisyon hökumətin Liberal-Demoratlar və Mühafizəkarlar və ya digər kiçik partiyalar arasında qurulacağını bildirib.
XS
SM
MD
LG