Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:36

Sərhədçilərin səhlənkarlıq edib-etmədiyini məhkəmə araşdıracaq


Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən qətliamda günahlandırılan 4 nəfərdən 3-ü məhkəmədə çəkiliş olmadan ifadə verməkdə imtina ediblər. Mayın 4-də təqsirləndirilənlərin işi üzrə məhkəmə prosesi davam edib.

Müttəhimlərdən yalnız Ariz Qabulov tərəflərin suallarını cavablandırıb. Sürücü köməkçisi olmasına baxmayaraq A. Qabulov Fərda Qədirovun içində silah olan çantanı Gürcüstandan Azərbaycana necə gətirildiyi barədə dövlət ittihamçısının sualını cavablandıra bilməyib.

Zərərçəkmişlər isə öz növbəsində Gürcüstandan-Azərbaycana gələn avtobusda silah çantasını aşkarlamayan sərhəd işçilərinin cəzalandırılmalı olduğunu bildiriblər:

«Necə olub ki, biz məhkəmə salonuna girəndə bizi bu qədər yoxlayırlar, o boyda avtobusu yoxlamırlar? «Tamojnı» işçiləri cinayətə cəlb edilməlidir».

İttihamçı tərəf isə cavabında bildirib ki, sərhədçilərin diqqətsizlik, səhlənkarlıq edib-etmədiyini məhkəmə araşdıracaq.

ADNA müttəhimlərinin məhkəməsi mayın 5-də saat 11-də şahidlərin dindirilməsi ilə davam edəcək.

Ötən il aprelin 30-da maskalı və silahlı bir şəxs Neft Akademiyasının binasına daxil olub, 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonradan özünə atəş açıb. Bu şəxsin Gürcüstan vətəndaşı Fərda Qədirov olduğu müəyyənləşib.
XS
SM
MD
LG