Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:50

200 nəfərlik əsgər və zabit heyəti Kür ətrafındadır


«Kürdə suyun səviyyəsi ilə bağlı vəziyyət kritik həddədir». Bunu «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin prezidenti Əhməd Əhmədzadə deyib.

Ə. Əhmədzadənin sözlərinə görə, Sabirabad rayonunun Surra kəndi ərazisində Kür saniyədə 926 kubmetr su ötürür:

«Amma ümumilikdə çayın su ötürmə sürəti 2370 kubmetrdir. Bu, 2003-cü ilin göstəricilərindən təxminin 500 kubmetr çoxdur, son 50 ildə isə ən böyük göstəricidir. Son 15 gündə çayda suyun səviyyəsi yüksələn xətlə artır. Yaxın günlərdə suyun səviyyəsinin saniyədə 100 kubmetr artacağı gözlənilir. Bu da dağlarda qarın əriməsi, yağışların yağması ilə bağlı ola bilər».

Sabirabad rayonunun Poladtoğayı kəndində vəziyyət gərginləşdiyindən Salyan rayonundan ora əlavə qüvvə göndərilib.

Əhməd Əhmədzadə Saatlı və İmişli rayonları arasında yerləşən Sarısu gölü ətrafında vəziyətin hələ də gərgin olduğunu bildirir.

Yerli sakinlərin AzadlıqRadiosuna verdiyi məlumata görə isə ötən həftə rayonun Hacıqasımlı kəndi ərazisində dağılan qoruyucu bəndi hələ də bağlamaq mümkün olmayıb.

Müdafiə Nazirliyi Mətbuat Xidməti isə bildirir ki, daha 200 nəfərlik əsgər və zabit heyəti Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarını aradan qaldırılması işinə cəlb olunub. Hazırda general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi 1200 nəfərlik hərbi qüvvə bölgədə problemlərin aradan qaldırılmasında bilavasitə iştirak edir.


MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG