Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:44

Sabirabadın daha iki kəndinin əhalisi köçürülür


Kürün Sabirabad rayonunun Çığırğan kəndi ərazisindən keçən hissəsində qurulmuş bəndin 40 metr hissəsi uçub. Nəticədə yaxınlıqdakı 60-100 hektar ərazini su basıb.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, əraziyə saniyədə 150-200 kubmetr su daxil olur. Kəndin əhalisi köçürülür. Çığırğan kəndində 153 ev və 826 nəfər sakin var.

Hazırda ərazidəki ikinci qoruyucu bəndin möhkəmlənməsi üçün iş aparılır. Əgər bu bənd dağılsa, rayonun Azadkənd və Xankeçən yaşayış məntəqələri üçün də təhlükə yaranacaq.

Son məlumatlara görə, Kürün Çığırğan kəndi istiqamətində olan ikinci bəndinin yarılması təhlükəsi reallaşır. Ona görə də rayonun Xankeçən kəndini də əhali tərk edir. Əraziyə FHN, Daxili Qoşunların, eləcə də digər strukturların texnika və canlı qüvvəsi cəlb olunub.
XS
SM
MD
LG