Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:05

Kür və Araz çaylarının səviyyələrində azalma müşahidə olunur


Kür çayı
Kür çayı
Son bir sutka ərzində Kür və Araz çaylarının səviyyələrində azalma müşahidə olunub.

Məlumatı Hidrometeoroloji Proqnozlar Bürosu yayıb.

Dünən səhər saat 8.00-dan bu gün 8.00-a olan məlumata görə, Kürün səviyyəsi Qıraq Kəsəməndə 412 sm təşkil edib, səviyyə 6 sm azalıb. Yevlaxda səviyyə 366 sm təşkil edib, səviyyə 29 sm azalıb, Zərdab məntəqəsində səviyyə 2 sm artaraq 770 sm təşkil edib. Şirvanda suyun səviyyəsi 1 sm (səviyyə 846 sm), Surrada 3 sm (səviyyə 950), Salyanda 1 sm (səviyyə 824 sm), Bankədə 3 sm (səviyyə 490 sm) azalıb. Araz çayının səviyyəsi Novruzlu məntəqəsində 7 sm azalaraq 724 sm təşkil edib. Qanıx çayının səviyyəsi isə Əyriçayda 770 sm təşkil edərək 10 sm artıb.
XS
SM
MD
LG