Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:37

Cəlilabaddakı hərbi hissədə əsgər ölüb


Hadisə ilə bağlı Lənkəran Hərbi Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır
Mayın 17-si Daxili Qoşunların Cəlilabad rayonundakı «N» saylı hərbi hissəsində əsgər ölüb.

Bu ilin yanvarında Şəkidən hərbi xidmətə çağırılan Oxud kənd sakini Uğurlu Uğurluyevin meyiti kazarmanın tavanından asılmış vəziyyətdə tapılıb.

Əsgərin atası Ələddin Uğurluyev isə oğlunun intihar etməsinə inanmır. O bildirir ki, ölüm xəbərindən bir neçə saat əvvəl oğlu zəng edib 200 manat pul istəyib:

«Ata problem var, mənə 200 manat pul göndər» deyib mənimlə sağollaşanda, başqa bir adamın səsini eşitdim ki, «tez ol!» və telefon qapadıldı».

Ələddin Uğurluyev deyir ki, bundan bir qədər sonra həmin telefona zəng etsə də, cavab verən olmayıb.

Bir neçə saat sonra isə ona oğlunun ölüm xəbərini çatdırıblar.

Ata pul istəyən vaxt oğlunun hansı nömrədən zəng etdiyini araşdırıb və məlum olub ki, həmin nömrə rota komandirinə məxsusdur. İndi Ələddin Uğurluyev oğlunun ölümünə görə komandirdən şübhələnir.

Hadisə ilə bağlı Lənkəran Hərbi Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
XS
SM
MD
LG