Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:53

Qəzza sahilində həbs olunanlar arasında 2 Azərbaycan vətəndaşı var


İsrail Qəzza sektoru sahillərində tutduğu 120-dən çox Fələstin yönlü fəalı iyunun 2-də səhər saatlarında deportasıya edib.

12 müsəlman ölkəsindən olan 124 fəal bu səhər İordan çayını keçiblər. Bu müsəlman ölkələrinin əksəriyyəti ilə İsrailin diplomatik əlaqəsinin olmadığı bildirilir.

Bundan əvvəl İsrail hökuməti bildirib ki, saxlanılan 682 əcnəbinin hamısının 48 saat içində deportasiya etmək niyyətindədirlər.

İsrail Daxili İşlər nazirliyinin məlumatına görə saxlananlar arasında 2 Azərbaycan vətəndaşı da var.

Mayın 31-də Qəzzaya yardım aparan gəmi karvanına İsrail əsgərlərinin hücumu nəticəsində azı doqquz adam həlak olub, onlarla adam da yaralanıb.
XS
SM
MD
LG