Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:29

FİFA-2010-la bağlı kimin proqnozu doğru çıxdı


Bu yazı Dünya çempionatının başlamasına bir həftə qalanda hazırlanıb. Müxtəlif tanınmış şəxslərdən kimin çempion olacağını, hansı ölkənin uğurlu, hansının uğursuz çıxış edəcəyi haqda proqnozalrı toplamışdıq. FİFA-2010 başa çatandan sonra bir ay əvvəl toplanan bu məlumatlarabir daha nəzər yetirmək maraqlı olardı.

Dünya Kuboku -2010 futbol yarışı bir həftədən sonra Cənubi Afrikada start götürür.

AzadlıqRadiosu bu yarışın gedişini yaxından izləyəcək, sizə futbol meydanında və futbol aləmində baş verən son xəbərləri, ekspertlərin və azarkeşlərin fikirlərini çatdıracaq.

Bizi izləməyi unutmayın.

Hələliksə bir neçə nəfərdən proqnoz aldıq. Bu il dünya çempionu hansı ölkənin yığması olacaq.

«Bakılı oğlanlar»ın veteranı Bəhrəm Bağırzadə:

«Kimin çempion olacağını deyə bilməyəcəm. Yarımfinal iştirakçıları məncə, belə
olacaq: Braziliya, Argentina, Almaniya və Kot d’İvuar»

İsa Qəmbər deyir ki, çempion İspaniya olacaq. İkinci yerə isə 2 namizəd görür: Braziliya ya Argentina, hər halda Latin Amerikasından bir yığma. Bürüncü medalı isə İngiltərə ya da Almaniya alacağını təxmin edir.

Siyavüş Kərimlinin fikrincə, çempion Braziliya olacaq, ikinci yeri Almaniya tutacaq və nəhayət, 3-cü yerə Afrika ölkələrindən biri, güman ki, Kamerun çıxacaq.

Elçin Şıxlı daha çox İspaniya, Argentina və Hollandiyanın şansı olduğunu düşünür. Şəxsən özü Hollandiyanın çempion olmağını istərdi.

Qulu Məhərrəmli İspaniyaya azarkeşlik etsə də hesab edir ki, Cənubi Afrikada birinci üçlük belə olacaq: 1. İngiltərə 2. Almaniya 3.Hollandiya

Iqbal Ağazadə isə hesab edir ki, bu dəfə dünya cempionu Argentina olacaq, sonraki yerlər isə Ispniya ve Ingiltərənin payına düşəcək...


Bəs sizin 3-lük necədir? Yazın.

TURNİR CƏDVƏLİ İLƏ BURADA TANIŞ OL

OYUNLARIN TƏQVİMİ BURADA
XS
SM
MD
LG