Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:42

Barak Obamanın İlham Əliyevə məktubunun mətni açıqlanıb


Barak Obama
Barak Obama
«Reuters» agentliyi ABŞ-ın müdafiə naziri Robert Qeyts tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə təqdim edilən ABŞ prezidenti Barak Obamanın məktubunun mətnini dərc edib.

Məktubda ABŞ prezidenti Barak Obama Azərbaycan dövlət başçısına Əfqanıstanda (sülhyaratma missiyasında) dəstəyə görə minnətdarlığını bildirib: «Birləşmiş Ştatlar Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında çəkisi olan töhfəsini etiraf edir. Ümid edirəm, biz yaxın aylar və illər ərzində münasibətlərimizi genişləndirə və dərinləşdirə bilərik».

Məktubda daha sonra yazılıb: «Mən münasibətlərimizdə ciddi problemlərin olması haqda özümə hesabat verirəm, amma əminəm ki, biz onları həll edə bilərik».

Barak Obama Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə də münasibət bildirib: «Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Cənubi Qafqaz regionunda uzunmüddətli sabitliyin bərpa olunması üçün mühüm önəm kəsb edir, onun nəticələrinin dəstəklənməsi isə Birləşmiş Ştatlar üçün prioritet olaraq qalacaq».

Obama məktubunda Azərbaycana hərbi qulluqçularını Əfqanıstana göndərdiyinə, ABŞ və NATO qüvvələrinin tranziti üçün ərazisini və hava məkanını açdığına görə təşəkkür edib:

«Liderlik rolunun Azərbaycana məxsus olduğu Cənubi Qafqaz dəhlizinin inkişafı da regionda çiçəklənməyə və qlobal enerji təhlükəsizliyinin təmin olunmasına kömək edir».
XS
SM
MD
LG