Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:39

Didye Droqba Dünya Çempionatında oynaya bilər


Didye Droqba
Didye Droqba

Droqba iyunun 5-də Berndə əməliyyat olunub. Həkimlər əmindirlər ki, hücumçunun səhhəti qısa müddətə tam bərpa olunacaq

İyunun 4-də Yaponiya yığması ilə yoldaşlıq görüşündə Kot-d’İvuar yığmasının dirsəyini sındıran kapitanı Didye Droqbanın iyunun 11-də start götürəcək Dünya Çempionatında (DÇ) iştirakı istisna edilmir. Droqba iyunun 5-də Berndə əməliyyat olunub. Həkimlər əmindirlər ki, hücumçunun səhhəti qısa müddətə tam bərpa olunacaq.

Ehtimal var ki, Droqba öz yığmasının ilk oyununadək sağalacaq. Iyunun 15-də Kot-d’İvuar qrup turnirinin ilk turunda Portuqaliya yığması ilə qarşılaşacaq, iyunun 20-də Braziliya, 25-də isə Çin yığması ilə görüş keçirəcək.

32 yaşlı Droqba Kot-d’İvuar yığmasının əsas ulduzu sayılır. Hal hazırda hücumçu Londonun “Çelsi” klubunda oynayır. 2009-2010 futbol mövsümündə o, 29 qol vuraraq İngiltərə çempionatının ən yaxşı bombardiri seçilib.

XS
SM
MD
LG