Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:34

Seçki Məcəlləsinə dair Ombudsman Aparatına şikayət olarsa...


Ombusdman Aparatı rayonlarda namizədlərin seçicilərlə görüşü üçün yaradılmış şəraiti yoxlayacaq.

Azərbaycanın insan haqları müvəkkili Elmira Süleymanova iyunun 17-də AzadlıqRadiosuna açıqlamasında belə deyib.

Onun sözlərinə görə, seçkiqabağı dövrdə daha sərbəst imkanların yaradılması çox mühümdür:

«Keçən il həm qapalı, həm də açıq yerlər təyin olunmuşdu. İndi biz bu şəraitin yaradılıb-yaradılmadığını yoxlamaq üçün bu il də seçkiqabağı reydlər və monitorinqlər keçirəcəyik».

Ombudsman deyir ki, ölkədə sərbəst toplaşma azadlığı ilə bağlı vəziyyətdən narazılıqlar var. Əsas mübahisə harada toplaşmaq üzərində gedir. Bu barədə o, müvafiq qurumlara müraciətlər edib.

Elmira Süleymanova onu da bildirib ki, əgər Seçki Məcəlləsinə dair Ombudsman Aparatına şikayət olarsa, Aparat da Milli Məclisə müraciət edəcək.

Bu günlərdə hakim Yeni Azərbaycan Partiyasının bir qrup deputatı Seçki Məcəlləsinə bəzi dəyişikliklər edilməsi ilə bağlı parlamentin müvafiq komitəsinə müraciət edib.

Həmin təkliflərdə seçkilərdə təbliğat müddətinin azaldılması və namizədlərə vəsait ayrılmasının dayandırılması nəzərdə tutulur.

Müxalifət və bəzi QHT-lər bu təklifdən narazıdırlar.
XS
SM
MD
LG