Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:59

Futbola baxdığına görə güllələdilər


Somali azarkeşləri çempionatın açılış mərasimini seyr edirlər, 11Jun2010
Somali azarkeşləri çempionatın açılış mərasimini seyr edirlər, 11Jun2010
Dünya Çempionatına bir gözlə baxmağa çalış. Somalidə məhz belə bir vəziyyət yaranıb. Futbol azarkeşlərinin bir gözü ekranda, bir gözü qapıdadır. Hər an futbolu izlədiyinə görə yaraqlılar gəlib onları cəzalandıra bilər.

Somalinin böyük hissəsinə nəzarət edən yaraqlı qruplaşması xəbərdarlıq edib ki, kimsə oyunları xəlvəti izlərsə camaat qarşısında döyüləcək, ya da ən pisi… baş verə bilər.

2 ÖLÜM, 30-DAN ÇOX HƏBS


Bu günə qədər futbolu izləyən azı 2 nəfər öldürülüb, 30-dan çox adam həbs olunub. Onların arasında 15 yaşlı bir yeniyetmə də var.

Bu vəziyyət Somalinin futbol azarkeşlərini çox çətin vəziyyətdə qoyub. Cənubi Afrikanın ev sahibliyi etdiyi oyun bütün Afrikada izlənir və oyunların məhz bu regionda keçirilməsindən qürür duyurlar.

SÜLHMƏRAMLILARIN QORUDUĞU YER TƏHLÜKƏSİZDİR


Somalidə yeniyetmələrdən ibarət futbol komandasının kapitanı - 15 yaşlı Mahad Məhəmməd Haccı çempionat başlayandan bir oyunu da qaçırmayıb, hamısına baxdığını deyir. Azarkeş oyunları paytaxtın Afrika Birliyi sülhməramlıları tərəfindən qorunan hissəsində izləyib.

«Biz afrikalıyıq və mən dünya çempionatında Afrikanı dəstəkləyirəm. Bu il çox xoşbəxtəm. Yalnız yaraqlılar insanlara oyunlara baxmağa icazə verməkdən imtina edirlər. Amma bizim yerimiz yaxşıdır. Biz Cənubi Afrikada keçirilən bütün oyunlara baxmışıq».

İSLAM HÖKUMƏTI ÇEMPIONATA BAXMAĞA İCAZƏ VERMİR


Somali azarkeşləri futbol xəbərlərini qəzetlərdən oxuyurlar, 16 iyun 2010
İslamçı lider Şeyx Əbu Yəhya Əl İraqi futbolun yayımlandığı saatlara qadağanı «futbolun qədim xristian mədəniyyətindən gəldiyini və İslam hökumətinin heç vaxt FİFA Dünya Çempionatına baxmağa icazə verməyəcəyi» ilə izah edir.

Somalinin İdman Mətbuat Assosiasiyasının direktor müavini Şəfi Mohyaddin Abokar xəlvəti futbola baxarkən baş verənləri belə təsvir edir:

Moqadişuda yaraqlılar çempionatı izləyənlərin evinə hücum edib, onları incidib və divarı aşmağa cəhd edən 2 qardaşı güllələyərək-öldürüblər. Daha 10 nəfəri həbs ediblər.

Somalinin keçid hökuməti bu hadisəni pisləyən bəyanat yayıb və bildirib ki, insanlar «həyatlarını itirmək qorxusu olmadan» oyunlara baxa bilməlidir.

Abokar futbola görə 30-dan çox adamın həbs olunduğundan narahatdır.

FUTBOL - «ŞEYTAN ƏMƏLİ»DİR


«Biz yaraqlıların həbs olunanlara nə etdiyini bilmirik. Biz sadəcə oyunları izləyənlərin islamçıların nəzarəti altında olduğunu bilirik, hətta qohumları da onlara baş çəkə bilmir».

Somalinin iki aparıcı yaraqlı qruplaşması – «Hizbul İslam» və «Əl Şabab» nəzarət etdiyi ərazilərə ciddi şəriət qanunlarını tətbiq edib. İslam qrupları futbolu «şeytan əməli» adlandırır və 2006-cı ildən bəri futbol oyunların izlənilməsinə qadağa qoyublar.

Efiopiya qüvvələri 2007-ci ildə İslam rejimini ölkədən çıxartsalar da, son illər islamçı yaraqlılar ölkənin böyük hissəsində hakimiyyəti ələ keçirib. Bu hadisələrdə on minlərlə Somali vətəndaşı ölüb.
XS
SM
MD
LG