Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:30

Nikola Anelka Fransa millisindən xaric edilib


Əgər bu məsələ mətbuata çıxmasaydı, onda güman ki, Anelka komandada qalardı. İiyunun 19-u forvardla söhbət edərkən məşqçi ondan xahiş edib ki, ictimaiyyət qarşısında üzr istəsin.

Fransa yığmasının hücumçusu Nikola Anelka dünya çempionatının ən gərgin vaxtında komandadan xaric edilib. Qovulmaya səbəb Anelkanın Meksika ilə keçirilən oyunun fasiləsində məşqçi Raymon Domeneki təhqir etməsi olub. Oyun iyunun 17-i baş tutmuşdu və Fransa bu matçda 0:2 hesabı ilə məğlubiyyətə uğramışdı.

Bu barədə Frans Press Agentliyi (AFP) xəbər verir.

İyunun 19-da Fransa Futbol Federasiyasının prezidenti Jan-Pyer Eskalett keçirdiyi mətbuat konfransında Anelkanın Fransa millisinin sıralarından xaric edildiyini elan edib. Eskaletin sözlərinə görə, Anelka üzr istəməkdən imtina etdiyinə görə belə bir addım atılıb. O 19-u axşamadək CAR ərazisini tərk etməli idi.

Ayın 20-si baş məşqçi Anelkanın xaric edilməsinin əsas səbəbini açıqlayıb. Onun sözlərinə görə, Anelkanın qovulmasına səbəb təhqir deyil, mübahisənin KİV-ə çıxması olub.

TF1 kanalına verdiyi müsahibədə Domenek bildirib ki, Anelka ilə onun arasında ciddi mübahisə olmayıb. Hücumçunun sərt sözlərini isə o oyunçulara olan təzyiqlə əlaqələndirib, məşqçi bildirib ki, Anelka öz ünvanına yönəlmiş tənqidi eşidərək emosiyalarını cilovlaya bilməyib.
Domenek əlavə edib ki, əgər bu məsələ mətbuata çıxmasaydı, onda güman ki, Anelka komandada qalardı. O həmçinin qeyd edib ki, iyunun 19-u forvardla söhbət edərkən ondan xahiş edib ki, ictimaiyyət qarşısında məşqçidən üzr istəsin. Lakin Anelka bundan imtina edib və çox keçmədən onun komandadan xaric olunması elan edilib.

Meksikaya məğlub olduqdan sonra Fransa millisi A qrupunda 3-cü yeri tutur. 1/8 finala çıxmaq üçün Fransa iyunun 22-si CAR yığmasını məğlub etməli, eyni zamanda Meksika Uruqvayı udmalıdır. Bu halda əgər top fərqi Fransanın xeyirinə olarsa, onda bu ökə DÇ-nın 1/8 finalınaçıxa bilər.
XS
SM
MD
LG