Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:52

Almaniyanın xilaskarı – türk Məsud


Məsud Özil Almaniyada əsl qəhrəman kimi tanınır
Məsud Özil Almaniyada əsl qəhrəman kimi tanınır
Türkiyənin fəxr etməyə öz komandası olmasa da, Dünya Çempionatında oynayan türk mənşəli futbolçularla öyünə bilərlər.

Türk futbolçu Məsud Özil bu günlərdə Almaniyada əsl qəhrəman kimi tanınır.

Məsud çıxış etdiyi Almaniya millisinin Qana ilə oyununda vurduğu qolla komandasına qələbə və növbəti mərhələyə vəsiqə qazandırdı. Alman mətbuatı həmin qoldan sonra Məsudu, necə deyərlər, göylərə qaldırıb. Media 21 yaşlı oyunçunu «Almaniyanın xilaskarı» adlandırır.
«Bild» qəzeti yazıb ki, «Bacardıq. Özil, Almaniyanı xilas etdin».

«Kicker» qəzeti isə «Bacardıq. Titrədik. Sevindik» başlıqlı məqalə ilə Məsuda təşəkkür edib.

«Berliner Morgenpost» «Özil Almaniyanı xilas etdi», «Berliner Kurier» isə «Məsud Ööööözil, bu çox gözəl», «B.Z.» qəzeti isə «Məsud Özil, sən bizim həqiqi xilaskarımızsan» başlıqlı məqalələr yazıb.

Bu arada «Bild» qəzeti Məsud Özilin 28 yaşındakı sevgilisi Anna Maria Lagerblomun müsəlman olduğunu yazıb. «Onlar Dünya Çempionatının yay nağılı» başlığı altında verilən xəbərdə ailə içində keçirilən kiçik bir mərasimlə islam dinini seçən Lagerblomun Mələk adı aldığı bildirilir.

Almaniyanın pop ulduzu olan Sarah Connorun bacısı olan Anna Maria Lagerblomun anası qızının son vaxtlar evdə donuz əti yemədiyini və «Qurani-Kərim»ə maraq göstərdiyini deyib.

Ailəsi protestant olan Sarah Connor «Anna Maria və Məsud ailəmizin bir hissədir. Əsas odur ki, onlar bir-birlərini sevirlər. Müsəlman, ya da xristian olmaqları bizim üçün ən əhəmiyyətsiz mövzulardan biridir» deyib.

Məsudla Marianın keçən yaydan birlikdə olduqlarını yazan qəzet qızın futbolçunu Cənubi Afrikada tək qoymadığını da yazır.
XS
SM
MD
LG