Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:27

Bəxtiyar Sadıqov: «Azərbaycan ordusunda tənqid olunacaq məqam yoxdur»


Bəxtiyar Sadıqov
Bəxtiyar Sadıqov
AzadlıqRadiosunun «İşdən sonra» proqramında deputat, Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Bəxtiyar Sadıqov Azərbaycanda ordu quruculuğunun inkişafından söz açıb, Azərbaycan ordusunun daim inkişaf etdiyini bildirib. Orduda tənqidi məqamların olması ilə deputat razılaşmadığını bildirib:

«Mən bilmirəm ordunu tənqid edən kimlərdir?».

Azərbaycan Təhlükəsizlik və Müdafiə Assosiasiyasının prezidenti Yaşar Cəfərli isə deyib ki, Azərbaycan ordusunda və Silahlı Qüvvələrdə xidmət edən hərbçilərin kifayət qədər sosial problemləri var:

«Hərbi peşəyə yiyələnmək istəməyənlərin sayı çoxalır. Zabit olmağa can atan yoxdur. Gənclər arasında təbliğat işi aparılmır. Deputatlarımız müharibəyə hazır deyil. Çünki onlar tərif deməklə məşğuldurlar. Bu problemlər Silahlı Qüvvələrin döyüş qabiliyyətinə də mənfi təsir göstərir».

Deputat isə ekspertin dediyi tənqidi fikirlərin böyük qismi ilə razılaşmadığını bildirib:

«O məsələlər daim diqqərdə saxlanılır. Cənab prezident bu yaxınlarda hərbçilərə 5 milyon manat ayırdı. Amma bir həmləyə bütün problemləri həll etməyə gücümüz çatmır. Ardıcıl surətdə
Yaşar Cəfərli
iş gedir».

Hərbi ekspert Üzeyir Cəfərli isə deyib ki, bəzi insanlar ordudan bəhrələniblər. Ekspert orduda illərlə xidmət göstərən bəzi insanların isə hələ də bir sıra sosial problemlərinin olmasını önə çəkib. Üzeyir Cəfərli bəzən orduda əsgər-zabit münasibətlərində neqativ halların olduğunu da diqqətə çatdırıb:

«Ordu idarə olunan qurumdir. Orduda düzgün idarəetmə olmayanda belə hallar baş verir. Mən istəmirəm hər şeyi açıqlayım».

Yaşar Cəfərli isə deyib ki, belə hallar olsa da bunu kütləvi halda söyləmək düzgün deyil.

Deputat Bəxtiyar Sadıqov isə bildirib ki, Ermənistan ordusunda itki bizimkindən qat-qat çoxdur.


/Hazırladı Kamran Mahmudov/

HƏMÇİNİN OXU:

«ORDUDAN EVİMİ TƏLƏB EDİRƏM»
XS
SM
MD
LG