Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:57

Bu qız kimdir?..


Hillari Klinton əri və qızı ilə birlikdə, 1997

İyulun 3-də ABŞ Dövlət katibi Hillari Klinton Bakıda rəsmi səfərdə olacaq. Qərara gəldik ki, xanım Klintonu sizə daha yaxından tanıdaq.

...23 yaşlı Hillari özü Billə yaxınlaşır: «Əgər siz gözünüzü məndən çəkmirsinizsə və mən də sizə baxmaqdan özümü saxlaya bilmirəmsə, gərək ən azı bir-birimizin adımızı öyrənək - Mənim adım Hillari Rodemdir».

Hillari və Billin toyu, 1975
ABŞ-ın indiki Dövlət katibi Hillari Klinton özünün həyat yoldaşı - keçmiş prezident Bil Klintonla Yel Universitetinin Hüquq fakültəsində belə tanış olur.

Bir müddət sonra Bill Hillariyə evlənmə təklifi edir: «Sənin xoşladığın evi aldım. Orada tək yaşaya bilmirəm, yaxşı budur gəl evlənək».

1975-ci ildə onlar evlənirlər... 23 il sonra isə Billin Hillariyə xəyanətindən bütün dünya danışanda da, Hillarinin reaksiyası gözlənilməyən olur. Bu haqda bir azdan.

Hillari Klinton 1947-ci ildə İllinoys ştatında, Çikaqoda doğulub. Yel Universitetini bitirib.
Bill Klintonla evlilikdən Çelsi adlı qızları dünyaya gəlir. Gənc ana karyerasını da unutmur, Arkanzasda yaxşı vəkil kimi ad çıxarır. 1977-ci ildə artıq onu nüfuzlu Hüquqi Xidmətlər Korporasiyasının idarə heyətinə seçirlər, çox keçmir ki, bu qurumun sədrlik kürsüsünü də ona tapşırırlar.

Bill Klinton Arkanzas ştatının qubernatoru olduğu dövrdə Hillari Arkanzas Təhsil Standartları Komitəsinə sədrlik edir, Arkanzas Uşaq və Ailə Vəkilliyinin əsasını qoyur, Uşaq Müdafiə Fondunu
Bill və Hillari qızları Çelsi ilə, 1980
yaradır.

1992-ci ildə Bill Klinton ABŞ-ın prezidenti seçilir. Ölkənin birinci xanımı ictimai fəaliyyətini davam etdirir və ailə, uşaq problemlərin aradan qaldırılmasına yardım edir. Övladlığa götürülmə, yeniyetmə hamiləliyi hallarının azaldılması ilə bağlı islahatların aparılmasına nail olur.

Hillari Klinton insan haqları və demokratiya haqda çıxışları ilə də yadda qalır. O, həmin illərdə Dövlət katibi işləyən xanım Madlen Olbraytla birlikdə hökumətin «Vital Voices Democracy Initiative» təşəbbüsünü irəli sürür. Bu təşəbbüs dünyada qadın liderlərin yetişdirilməsini nəzərdə tutur.

2000-ci ildə Hillari Klinton ABŞ Senatına seçilir. Amerika tarixində birinci hadisə idi ki, 1-ci xanım Senata üzv olurdu.

Hillari və Bill, 1976
Senator kimi o, daha çox iqtisadi imkanların artırılması, keyfiyyətli tibbi yardım kimi məsələləri dəstəkləməsi ilə yadda qalıb.

1998-ci ildə Hillarinin ailəsindən az qala bütün dünya danışmağa başlayır. Ağ Evdə təcrübə keçən 22 yaşlı Monika Levinski ilə Bill Klintonun romantik münasibətləri haqda bütün media danışır. Hillari rəsmi şəkildə bəyan edir ki, o, ərini dəstəkləyir və bu hadisənin Billi gözdən salmaq üçün qurulduğuna inanır.

2006-cı ildə Hillari Klinton yenidən Senata seçilir və 2007-ci ildə prezidentlik uğrunda mübarizəyə başlayır. O, digər namizəd Barak Obama ilə birlikdə praymerizə qalır, Barak Obama prezident seçiləndən sonra o, da Dövlət katibi olur.

Hillari Klintonun memuarı və uşaqlar haqqında yazdığı «It takes A Village» («Bir qəsəbə lazımdır») adlı kitabları bestsellerdir.
XS
SM
MD
LG